Dərimi necə quruda bilərəm?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 335
Səs ver:
(səs: 2)
Bir çox qadın dərisinin quruluğundan şikayət edir və onu nəmləndirmək, bir az daha yağlı hala gətirmək üçün müəyyən üsullardan istifadə edir. Ancaq bəzi qadınlar da dərisinin yağlı və nəmli olmasından əziyyət çəkir və buna çarələr axtarırlar. Hər nə qədər ilk baxışdan yağlı dərinin yaxşı olduğu düşünülsə də, təəssüf ki, belə deyil. Üzdə yağlılığın çox olması dərinin parıldamasına, üzdə tez-tez qara nöqtələr və sızanaqların yaranmasına səbəb olur.

Dərini qurutmaq üçün bəzi dərmanlar vardır. Lakin bu dərmanlar adətən həddindən artıq sızanaqları olan adamlara tətbiq edilir və mütləq həkim nəzarətində olmalıdır. Həmçinin, bu dərmanlar qaraciyərdə olduqca yorucu təsirə malikdir və bəzən dərinin soyulmasına səbəb olur. Buna görə də belə kimyəvi dərmanlar əvəzinə təbii üsullarla bu problemi aradan qaldırmağa çalışmalısınız.
Üzümüzdə artıq yağın yığılmasının qarşısını almaq üçün edəcəyiniz ən təsirli və effektli üsul onu tez-tez yumaqdır. Ancaq bu zaman nəmləndirici sabundan istifadə etsəniz fayda görməyəcəksiniz. Buna görə də hər fürsət düşdükcə üzünüzü sadəcə ilıq su ilə yumağınız üzünüzdəki yağların atılmasında köməkçi olacaqdır. Əgər daha tez effekt verən bir üsul istəyirsinizsə, alma sirkəsi ilə suyu qarışdırıb üzünüzə tətbiq edə bilərsiniz. Bəzi qadınlar yumurtanın ağını üzə çəkib, quruduqdan sonra yumaq üsulundan istifadə edirlər. Ancaq bu üsulun elə də qalıcılığının olmadığını və üzdə qırışlar yarada biləcəyini qeyd etməliyik.

Bundan əlavə, istifadə etdiyiniz makiyaj vasitələri və eyni zamanda kremlərinizin də yağlı cildlər üçün olanlardan seçilməsi vacibdir.
Həmçinin əli üzə tez-tez vurmaq da yağlanmanı sürətləndirir. Buna görə də üzünüzü və saçınızı mümkün qədər az oynatmağa çalışın.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 2 335
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri