Yağlı dərini sızanaqlardan azad edən gil maskası

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 3 290
Səs ver:
(səs: 1)
Yağlı dəri tipinə sahib olanlar sızanaqlardan və qara nöqtələrdən əziyyət çəkirlər. Bu problemlərdən xilas olmaq üçün dəriyə vaxtaşırı qulluq etmək lazımdır. Yağlı dəriyə ən yaxşı təsir edən vasitə gildir. 

Qadınlar.biz  ən təsirli gil maskasını təqdim edir: 

Tərkibi:
3 xörək qaşığı ağ gil
1 çay qaşığı şəkər tozu
2 xörək qaşığı maya
2 çay qaşığı ilıq su 

Hazırlanması:
Mayanı ilıq suyun içərisinə töküb əriyənə kimi qarışdırın. Daha sonra şəkər tozunu qatıb əriməyini gözləyin. Ağ gili qarışığa əlavə edib qarışdırın. Maskanı 15 dəqiqə otaq temperaturunda saxlayın. Daha sonra maskanı üz və boyun dərisinə çəkib uzanın. Təxminən 30 dəqiqə danışmadan, hər hansı mimik hərəkət etmədən maskanı üzünüzdə saxlayın. Sonra üzünüzü ilıq su ilə təmizləyin. 

Gil maskasının faydaları:
Ölü dəri hüceyrələrini təmizləyir.
Dərinin yağ balansını tənzimləyir.
Sızanaqları azaldır.
Məsamələri daraldır.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 3 290
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri