Üz dərisini gözəlləşdirən

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 18 606
Səs ver:
(səs: 1)
Süd əsasında maskalar dəriyə çox yaxşı təsir edir - ağardır, cavanlaşdırır, daha elastik və dartılmış edir, kiçik qırışları hamarlayır.
Sizə süd əsasında bir neçə maska təqdim edirik.

1. 5 xörək qaşığı ilıq süd 2 xörək qaşığı nişasta ilə qarışdırılır, xırda doğranmış cəfəri əlavə olunur, yaxşı qarışdırılır. Maskanı üz dərisinə çəkin və 15 dəqiqədən sonra ilıq su ilə yuyulur. Daha sonra üzünüzə adətən istifadə etdiyiniz qidalandırıcı krem çəkin.

2. Yaş mayanın üzərinə ilıq süd tökün, isti yerə qoyun, 15 dəqiqə gözləyin. Maskanı üz dərisinə çəkin və 15 dəqiqədən sonra ilıq su ilə yuyub krem çəkin.

3. Yumurta sarısını çalın, 2 xörək qaşığı ilıq süd, 1 xörək qaşığı üyüdülmüş yulaf yarması ("gerkules") əlavə edin, yaxşı qarışdırın. Maskanı üzünüzə çəkin, 15 dəqiqə saxlayın, daha sonra ilıq su ilə yuyun, krem çəkin.

4. 3 xörək qaşığı süd, 2 xörək qaşığı un, 1/2 çay qaşığı bal, 1/2 çay qaşığı limon şirəsi yaxşı qarışdırılır, üz dərisinə çəkilir, 15 dəqiqədən sonra yuyulur, krem çəkilir.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 18 606
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri