Evdəki ərzaqlarla hazırlaya biləcəyiniz ev istehsalı üz maskaları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 5657
Səs ver:
(səs: 1)
Evdəki Ərzaqlarla  Hazırlaya  Biləcəyiniz   Ev İstehsalı Üz Maskaları.
Baxımlı olmaq əslində heç də çətin deyil. Evdəki bir çox yemək, xüsusilə meyvələr baxım müalicələri üçün ən ideal materiallarıdı. Gözəllik mərkəzlərində yüksək qiymətlərlə satın alacağınız xidmətlərin ən azından böyük bir qismini evdə asanca reallaşdıra bilərsiniz.
 
Bu gün sizlərə hər bir xanımın  evində asanlıla tapılan, bir çox ərzaqdan hazırlanan maskaları təqdim edirəm.
 
Banan Maskası.
Qəribə gəlsə də əslində tək vəsaitdən belə maska etmək mümkündür. Bunu bananla  asanca edə bilərsiniz.
 
Dəri tipi: Quru
Təsiri: Dərini gücləndirmək və nəmləndirmək.
 
Bir ədəd bananı püre halına gətirin və 10-20 dəqiqə arasında üzünüzdə saxlayın. Ardından soyuğa yaxın ilıq suyla yuyub üzünüzü  dəsmalla silin.
 
1 bananı, 2 yemək qaşığı bal və iki yemək qaşığı qatıqla püre halına gətirin. Üzünüzə sürtün. 10 dəqiqə sonra soyuğa yaxın ilıq suyla yuyun.
 
Alma Sirkəsi Maskası.
Sirkəni sevənlər və sevməyənlər olaraq ikiyə ayrıldığımız bu dünyada üz maskası üçün ona bir şans verin.
 
Dəri növü: Yağlı, parlaq
Bir stəkan suyun içinə 1 yemək qaşığı alma sirkəsi əlavə edin. Qarışdırdıqdan sonra üzünüzə sürtün. Bu əməliyyatı üzünüzü yuduqdan sonra reallaşdırın.
 
Süd Tozu Maskası.
Dəri növü: Bütün dəri tipləri üçün
Təsiri: Dərini canlandırmaq və ferahlatmak.
 
Bir stəkanın dörddə biri nə  süd tozu qoyun. Üzərinə incə bir xəmir konsistensiyası əldə edənə qədər də  su. Ardından üzünüzə sürtün və quruyana qədər gözləyin. Quruduqdan sonra ilıq suyla üzünüzü yuyun.
 
Qatıq Maskası.
Dəri növü: Yağlı, qarışıq
Təsiri: Dərini yumşaltmaq və təmizləmək.
 
1 yemək qaşığı süzmə qatığın içinə təzə sıxdığınız portağal suyunu əlavə edib qarışdırın  və üzünüzə sürtüb  5 dəqiqə ərzində üzünüzdə gözlədin. Ardından yuyun.
 
Avokado, Yumurta, Limon Maskası.
Dəri tipi: Quru, qarışıq
Təsiri: Dərini qidalandırmaq və nəmləndirmək.

1 avokadanın  içini püre halına gətirin, içinə 1 yumurta ağı və 1 yemək qaşığı limon əlavə edin. İncə bir təbəqə şəklində üzünüzə sürtün. 30 dəqiqə  sonra soyuq suyla yuyun.
 
Bal, banan, zəncəfil maskası
Dəri tipi: Quru, qarışıq
Təsiri: nəmləndirir.
 
Yarım banan, 2 yemək qaşığı bal və yarım yemək qaşığı zəncəfil qarışdırıb püre halına gətirin və üzünüzə sürtün. 30 dəqiqə ərzində saxlayın. Sonra soyuq su ilə yuyun.
 
Nar və Bal Maskası.
Dəri növü: Yağlı, qarışıq
Təsiri: Ölü dərilərdən təmizləmək və canlandırmaq.
 
2 yemək qaşığı nar, 1 su stəkanı çiy yulaf və 2 yemək qaşığı balı yaxşıca qarışdırın. Üzünüzə   skrab şəklində masaj edərək sürtün. 3 dəqiqə ərzində bu əməliyyatı yerinə yetirir və üzünüzü yuyun.
 
Çiyələk və Qatıq Maskası.
Dəri növü: Bütün dəri tipləri üçün
Təsiri: Dərini rahatlaşdırmaq, hüceyrələri yeniləmək və bəsləmək.
 
2 yemək qaşığı süzmə qatıq içinə blenderdan keçirdiyiniz 10 dənə çiyələyi qarışdırın. Ardından üzünüzə incə bir təbəqə şəklində sürtün. Təxminən 15 dəqiqə sonra soyuq su ilə yuyun.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 5657
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

    Qadın testləri