Makiyaj
qalıqlarından, toksinlərdən və ölü dəridən üzü təmizləmək üçün buxar
vannası çox praktik və faydalı üsuldur. Makiyajın və digər zərərli
təsirlərin nəticəsində üzdəki məsamələr dolur, bu zaman isə təmizləyici
maska, pilinqdən əvvəl məsamələri açmaq üçün buxar vannası ən təsirli
üsullardan biridir. Xüsusilə də, nahamar və yağlı üzləri təmizləmək üçün
dərindən təmizləmək üçün buxar vannasını həftədə 1 dəfə və ya 15 gündə 1
dəfə etmək daha uyğundur.
Amma
quru və həssas dərisi olanlar isə sadəcə gündəlik təmizləmə prosesini
etməlidirlər və buxar vannası lazım olmadıqda etməməlidirlər. Sizə buxar
vannası detoksunun edilməsi üsulunu təqdim edir.
Buxar vannasını etmək üçün lazım olanlar
Dərin və geniş bir qab ( 1-2 litr su yerləşə bilən)
Ortaölçülü dəsmal
Qaynadılmış su
Bunlar dərini mükəmməl şəkildə təmizləyərək, qara nöqtələri də məhv edir, məsamələri açır.
Əvvəlcə
1-1,5 litr suyu qaynatmaq lazımdır. Üzü təmizləyib, saçlar
yığılmalı.Qaynayan suyu dərin bir qaba töküb üçünü buxara tuta biləcək
rahat yerdə otur. Buxarın dağılmasının qarşısını almaq üçün başını və
qabı tam örtəcək bir dəsmal götür. Başını 20-30 sm yuxarıda saxla
və üzünü buxara tut, 5-10 dəqiqəyə qədər saxla. Bu prosesdə məsamələr
açılaraq təmizlənəcək. Buxar vannasəndan sonra rahatlıqla qara
nöqtələrin varsa onları təmizləyə bilərəcəksən. Qara nöqtələri heç vaxt
sıxma. Çünki dərini zədələyə bilərsən.
Buxar
vannası detoksundna sonra üzə qulluq vacibdir. Prosesdən sonra açılan
məsamələr yenidən tutulmasın deyə mütləq soyuq su ilə üzünü yu və
sıxlaşdırıcı tonikdən istifadə elə. Toniki etdikdən 15 dəqiqə sonra isə
həmişə istifadə etdiyin hər hansı bir nəmləndirici kremi üzünə
çəkməlisən.