Bədən üçün faydalı 17 yağ növü

Şərhlər: 4
Baxılıb: 7 578
Səs ver:
(səs: 1)
Bitki yağlarının bədən üçün ən vacib faydası bədənin qorunma mexanizmasını sürətləndirərək bütünlüklə onun sağlamlığına çalışmaqdır. Bədən üçün təxminən 46 cürə yağ istifadə olunur. Gözəllik, qulluq zamanı istifadə olunan bu yağlar yaşlanmağın qarşısını alır. Qara nöqtələr və sızanaqlarla mübarizədə də faydalı təsirə malikdir. Tonik və təmizləyicilərlə birlikdə üz qulluq rutininə əlavə oluna bilər. Bu yağların 17 növünü sənə təqdim edirik: 

1. Günəbaxan yağı – dərini nəmləndirmə və qulluq etmək xüsusiyyətinə malikdir.
2. Avokado yağı – Tərkibində A, B, D, E vitaminləri var. Dərini nəmləndirir və canlandırır. Xüsusilə, quru və yaşlanmış dəri üçün mükəmməldir. 
3. Badam yağı – Bütün dəri növləri üçün uyğundur. Dərini nəmləndirir, xüsusilə, quru, həssas və zədələnmiş dərilərin yenilənib qidalanmasına köməkçi olur.
4. Buğda yağı – A, E və D vitaminləri ilə zəngindir. Çox miqdarda protein və lisetin maddəsini özündə birləşdirir. Hüceyrələri yeniləyir, yara, yanıq problemlərində , qırışıqların azalmasına kömək edir. Dəridəki günəş və doğuşdan qalma ləkələri də aparır. E vitamininə görə güclü antioksidandır. Buğda yağı dəridə sürətlə yayılır və dərini günəşin zərərli təsirlərindən qoruyur. Hamiləlik zamanı yaranan çatların də yox olmasına kömək edir. 
5. Bibəriyə yağı  - Mikroblardan da təmizləmə xüsusiyyəti var.
6. Qoz yağı – Quru, zədələnmiş və yaşlı dərilər üçün məsləhətlidir. Göz ətrafındakı qırışlar və dodaqların çatlamasının qarşısını almaq üçün faydalıdır. 
7. Gül yağı – Bütün dəri növləri üçün uyğundur. Təmizlik prosesində istifadə edilir.  Dərini rahatladır, yumşaldır. 
8. Kök yağı – Bu yağ da bütün dəri növləri üçün istifadə edilə bilər. Xüsusilə, üz təmizliyi üçün idealdır. Beta-karotin, A, B, C, D və E vitaminləri ilə zəngindir. 
9. Çörəkotu yağı – Dərini qidalandırır, quru dərini balanslaşdırmağa kömək edir.
10. Jojoba yağı – Göz makiyajı da daxil olmaqla üzdəki bütün makiyajı asanlıqla və xəfifcə təmizləyir. Quru dərini nəmləndirməklə yanaşı, yağlı dəridəki yağ balansını qaydasına salır. Dəriyə elastiklik qazandıraraq qarın və ayaqlardakı çatlamanın qarşısını alır. Günəş qəbul etdikdən sonra istifadə edilə bilər. Dərini yumşaldır, qırışları azaltmaq üçün yaxşıdır. Sızanaqların da yox olmasına kömək edir. 
11. Çobanyastığı yağı – Həssas dəri üçün uyğundur. Yumşaldır və rahatladır. Sızanaqların müalicəsində istifadə edilir. 
12. Lavanda yağı – Həssas və ya yağlı dəri üçün məsləhətlidir. Bu yağ da sızanaqlara yaxşı təsir edir. 
13. Qaysı çəyirdəyi yağı – Dərini sıxlaşdıraraq qırışıqların yox olmasına kömək edir. Üz təmizliyində də istifadə olunur. Sızanaqları təmizləyir, dəriyə canlılıq qatır. Nəmləndirici təsirə malikdir. Qaysı yağını dəriyə çəkdikdən sonra günəşə çıxılmamalıdır, əks təsir göstərə bilər. 
14. Zeytun yağı – Dəriyə və saçlara çox faydalıdır. Əzilmiş sarımsaq və zeytun yağı qarışımı quruyan dəri üçün yumşaldıcı təsirə malikdir. Saçlara canlılıq verir.  Bir neçə damcı limon-bal qarışımı ilə qırışların da qarşısını alır. Hamar dəriyə sahib olmaq üçün qaya duzu ilə olan qarışımı qol və ayaqlara çəkib ovmaq lazımdır. Limon ilə qarışılmış halı dərini qoruyur. Üzdəki quruluğu azaltmaq üçün almanı əzib zeytun yağı ilə qarışdırıb 10 dəqiqə saxlayın. İlıq su ilə yumaq faydalıdır. 
15. Limon qabığı yağı – Sızanaqları təmizləyir, dərini təmizləyir, tonik olaraq istifadə olunur. Mikrobları məhv edir, sağlamlaşdırıcı təsirə malikdir və dərini yağdan təmizləyir. 
16. Portağal yağı – Sellülitə qarşı istifadə edilir, sızanaqları qurudur.  
17. Susam yağı – Tərkibindəki yüksək omega-9 və antioksidanlar səbəbi ilə, dərinin yaşlanmasını əngəlləyir,  nəm bəxş edir. Göbələk infeksiyasının və dəri problemlərinin qarşısını almaqda faydalıdır. Kalsium və vitamin çatışmazlığı səbəbi ilə zədələnmiş dırnaqların bərpası üçün mükəmməldir.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 7 578
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri