Xüsusilə yay dövründə tər səbəbiylə daha çox çirklənən yağlı üzümüzdə yaranan qara nöqtələr kabusumuz ola bilir. Üzüm suyu ilə bu qara nöqtələrə vidalaşmaq istəsəniz aşağıdakı reseptə diqqət edin.
Tərkibi: Üzüm suyu Ananas suyu Balqabaq çəyirdəyi yağı Evkalipt yağı Kök yağı Gil
Hazırlanması: 1 çay qaşığı üzüm suyu 1 çay qaşığı ananas suyu 1 çay qaşığı evkalipt yağı 1 çay qaşığı balqabaq çəyirdəyi yağı, 1 çay qaşığı kök yağı ilə 1,5 yemək qaşığı gili qarışdırın.
Tətbiqi: Qarışdırma əməliyyatı bitdikdən sonra üzünüzdə qara nöqtə olan bölgəyə masaj edərək çəkin. 15 - 20 dəqiqə arasında saxladığınız maskanı yaxşıca yuyun. Həftədə 3 dəfə tətbiq edəcəyiniz bu üsul sonrası qara nöqtələrdən xilas olacaqsınız.