Dərinin tonuslaşdırılması ve baxımı

Müəllif: Son Bahar
Şərhlər: 4
Baxılıb: 3 691
Səs ver:
(səs: 0)
Dərinin tonuslaşdırılması – onun diqqətlə təmizlənməsindən sonra aparılır. Bu məqsədlə lasyon və ya tonikdən istifadə olunur. Bu vasitələrin təsiri nəticəsində dəridə aşağıdakı müsbət dəyişikliklər baş verir:
dəri daha canlı və təravətli olur; dəri dezinfeksiya olunur; dəridəki məsamələr daralır; dəri yumşalır; dərinin turşu-qələvi balansı (pH-balans) normallaşır; dəridə olan iltihab keçib gedir və s.
Dərinin su balansının normal olması onun normal xarici görünüşünü təmin edir. Bu balans pozulduqda müəyyən müddət keçdikdən sonra dəridə aşağıdakı fəsadlar ola bilir: dəri öz möhkəmliyini və elastikliyini itirir; dəri qabıq verir; dəridə mikroçatlar əmələ gəlir və s. Bunların nəticəsində isə dəridə qırışlar əmələ gəlir.
Dəri aşağıdakı səbəblərə görə öz nəmliyini itirir: dəriyə düzgün qulluq edilməyəndə; günəş şüalarının və küləyin təsirindən; ətraf mühitin ekoloji çirklənməsindən və s. Yadda saxlamaq lazımdır ki, quru dəri öz nəmliyini daha asanlıqla itirir.
Dərinin nəmliyini daimi olaraq bərpa etmək tələb olunur. Bu məqsədlə nəmləndirici krem və maskalardan istifadə olunur. Yadda saxlamaq lazımdır ki, yaz və yay aylarında nəmləndirici vasitələr gündüz saatlarında, payız və qış aylarında isə axşam saatlarında istifadə olunmalıdır. Kremi çəkdikdən 20-30 dəqiqə sonra onun qalıqlarını mütləq yumşaq salfet ilə təmizləmək lazımdır. Nəmləndirici kremi makiyajdan qabaq özül ("baza”) kimi də istifadə etmək olar.
Nəmləndirici kremlərdən savayı, nəmləndirici maskalar da (həm satışda olanlar, həm də ev şəraitində hazırlanan) gözəl effekt verir. Dərisi quru olanlar üçün onlar daha vacib hesab edilir (kosmetik maskalar barədə aşağıda oxuya bilərsiniz).
Dərinin düzgün qidalandırılması çox vacibdir. Qidalandırıcı kosmetik vasitələr dərinin dərin təbəqələrinə daxil olaraq onun hüceyrələrinin bərpa olunmasına kömək edir, kollagen və elastin liflərin əmələ gəlməsini stimullaşdırır, dərinin strukturunu yaxşılaşdırır, dəridə qırışların yaranmasının qarşısını alır. Qidalandırıcı kremlər gündüz və gecə kremlərinə bölünür. Yüngül qidalandırıcı gündüz kremləri kosmetika çəkdikdən əvvəl üzə çəkilə bilər. Kremi üzün dərisinə çəkməmişdən əvvəl üzə ilıq nəm dəsmal qoymaq və ya xüsusi termal su çiləmək xeyirli hesab edilir. İlıq, yüngülcə nəmləndirilmiş və zəiflədilmiş dəri kremin tərkibində olan faydalı maddələri daha asanlıqla özünə hopdurur. Qidalandırıcı kremin az bir hissəsi (!) təmizlənmiş üz, boyun və sinə nahiyələrinin dərisinə masaj xətləri üzrə, yüngül dairəvi hərəkətlərlə çəkilir. Qidalandırıcı gecə kremlərini dəriyə yatmamışdan 1,5-2 saat əvvəl çəkirlər. Kremi səhərədək üzün dərisində saxlamaq olmaz! Onun sıx strukturu dəridəki məsamələri bağlayaraq dərinin nəfəs almasına mane olar. Yatmamışdan bir az əvvəl kremin qalıqlarını nəm salfetlə ehtiyatla təmizləmək lazımdır. Yağlı dərini bundan sonra ot dəmləməsi və ya mineral su ilə silmək lazımdır.
Kremlərdən savayı, üz üçün qidalandırıcı maskalardan istifadə edilməsi də vacib hesab olunur.
Üzün dərisi daimi olaraq ətraf mühitin təsirinə (soyuq, isti, günəş, külək, toz və s.) məruz qalır. Böyük şəhərlərdə yaşayan insanların dərisi ətraf mühitin zərərli təsirlərindən daha çox "əziyyət çəkir”. Ona görə də üz dərisinin gündəlik müdafiə olunmağa ehtiyacı olur. Bu zaman müdafiə etmə funksiyası gündüz kreminin üzərinə düşür.
Nəmləndirici krem dərini qurumaqdan qorumalıdır. Qidalandırıcı krem isə dərini çirklənmələrdən, temperaturun kəskin dəyişmələrindən, havada olan zərərli kimyəvi birləşmələrdən, mərkəzi qızdırıcı sistemlərin quruducu təsirindən və s. qorumalıdır. Hər bir halda, ilin müxtəlif dövrlərində sizin dərinizin qorunması üçün nəyin daha vacib olduğunu müəyyən etmək lazımdır. İlin isti aylarında nəmləndirici gündüz kremlərinə, soyuq aylarında isə qidalandırıcı gündüz kremlərinə üstünlük vermək lazımdır. Bu kremlərin üzərindən dekorativ kosmetik vasitələr də çəkilə bilər. Hətta əgər siz heç bir kosmetik vasitələrdən istifadə etmirsinizsə və ya az-az hallarda istifadə edirsinizsə, dərinizə gündüz kreminin çəkilməsi vacib hesab edilir.
Yay aylarında qərinin qorunması üçün günəşdən qoruyan kosmetik vasitələrdən istifadə etmək lazımdır. Ultrabənövşəyi şüalar dərinin derma qatının dərinliklərinə daxil olaraq kollagen və elastini parçalayır. Nəticədə dərinin tonusu azalır, o öz möhkəmliyini və elastikliyini itirərək quruyur və daha tez qocalmağa başlayır. Buna görə də günəşli havada çölə çıxdıqda tərkibində günəşdən qoruyucu filtrlər olan gündüz kremindən istifadə etmək vacib hesab edilir.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 3 691
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri