Dəri baxımı üçün möcüzəli maskalar

Müəllif: arzum-aysum
Şərhlər: 6
Baxılıb: 4 393
Səs ver:
(səs: 0)
Gözəl və baxımlı olmağı seçən qadınlar ləkəsiz və möhkəm bir dəriyə sahib olmaq üçün dəri baxımına əhəmiyyət verir. Dəri baxımı nizamlı edildiyində təsirini göstərəcəkdir. Bu səbəblə gündəlik dəri baxımı edilməli və gecə baxımına da ayrı əhəmiyyət verilməlidir.

Dəri baxımı edərkən təbii məhsullar istifadə edə bilər və evdə hazırlayacağınız maskalar ilə gözəlliyinizə gözəllik qata bilərsiniz. Dərini canlandırmaq, ağartmaq, ləkələri yox etmək üçün asanlıqla evdə hazırlayıb tətbiq edə biləcəyiniz bir çox praktik maska mövcuddur.

Evdə hazırladığınız maskanı tətbiq edərkən diqqət yetirməniz lazım olan ən əhəmiyyətli nöqtə maskanın təmizlənmə qisimidir. Maska dəridən təmizlənərkən mütləq ilıq su ilə yuyulmalıdır. Çox isti su məsamələrin açılmasına səbəb olacağından və çox soyuq su da məsamələrin büzülərək tıxanmasına səbəb olacağından məsamələr üzərində mənfi təsir yarada bilməkdədir.

Evdə asanlıqla tətbiq edə biləcəyiniz dəri maskaları üçün yalnız təbii məhsullar istifadə etməniz kafi olacaq.

Avakado maskası
A vitamini baxımından zəngin olan avokado ilə dərinizi canlandıracaq çox sadə bir maska etməniz mümkündür. Yarım avokado əzməsini dörddəbir stəkan orqanik bal, 1 çay qaşığı süd və qatıq ilə qarışdıraraq maskanızı hazırlaya bilərsiniz. Geriyə qalan tək əməliyyat dərinizə sürmək və 10 dəqiqə gözlətdikdən sonra ilıq su ilə yaxşıca yuyaraq maskanı üzdən təmizləməkdir. Dəriniz canlandıqca maskanın nə qədər faydalı olduğunu görə biləcəksiniz.

Banan maskası
Meyvələr hər dərdə dərmandır. Zəngin A və E vitamini ehtiva edən banan, dəriniz üçün tətbiq edəcəyiniz maskada möcüzəvi bir təsir yarada bilər. Bunun səbəbi dərinizə nəm və yumşaqlıq verəcək olması və çox daha canlı görünən bir dəriyə sahib olmanızı təmin etməsidir. Maskanın quruluşu da olduqca asandır. Yalnız yarım bananı götürüb püre halına gətirir və üzünüzə çəkirsiniz və 10 dəqiqə gözlətdikdən sonra dərinizi ilıq suyla yaxalayırsınız. Arzu edənlər maskanın təsirini artırmaq üçün püre halına gətirilmiş olan bananın içinə bir çay qaşığı bal da əlavə edə bilər.

Düyü maskası
Dərisini ağartmaq istəyənlər üçün evdə hazırlayıb tətbiq edə biləcəkləri praktik maskalar var. Bu maskanı hazırlamaq üçün 1 çay stəkanı süd, yarım fincan düyü unu kafidır. Düyünün içində olan pul aminobenzoik turşu, ferulik turşu və allantoin maddələri dəri üzərindəki ləkələrin aradan qaldırılmasında və dərinin ağardılmasında olduqca təsirlidi. Ayrıca dərini zərərli günəş şüalarına qarşı qorumağı da təmin edir. Düyü unu və süd bir qabda qarışdırıldıqdan sonra, hazırlanan qarışıq bir fırça köməyiylə dəriyə sürtülərək, 20 dəqiqə gözlənildikdən sonra ilıq su ilə yaxşıca təmizlənər. Bu maskanı həftədə 2 dəfə nizamlı etdikdə bir neçə ay sonra dəriniz üzərindəki ləkə və qırmızı ləkələrin getməyə başladığını və dərinizin beyazlaşdığını görə bilərsiniz.

Qatıq və limon suyu qarışığı ilə edilən maska
Dərisini ağartmaq istəyənlərin sinaqdan keçirə biləcəyi bir başqa maska da qatıq və limon suyu ilə hazırlana bilən olduqca asan bir maskadır. 1 yemək qaşığı yağsız qatıq və 1 yemək qaşığı təzə limon suyunu qarışdırdıqdan sonra üz və boyun bölgənizə incə bir təbəqə şəklində sürdükdən sonra, 15-20 dəqiqə gözlədib ilıq su ilə təmizləməlisiniz. Maska sonrasında dəri tipinə uyğun bir nəmləndirici sürmənizdə fayda var. Əməliyyat həftədə 1-2 dəfə təkrarlandığında 1 ay içində nəticə alına bilər.

Süd, bal və limon suyu ilə edilən maska
1 fincan süd, 1 şirin qaşığı qatıq və yarım limon suyu bir qaba qoyularaq qarışdırılır. Hazırladığınız qarışığı istər bir fırça köməyiylə istəsəniz əlinizlə dərinizə çəkirsiniz. Maska dərinizdə 30 dəqiqə gözləndikdən sonra ilıq suyla yuyunar və dəri maskadan təmizlənilər. Bəzi cildlər digər cildlərə nisbətən daha həssas ola bilər. Bu maska sürtüldüyündə dəri üzərində hər hansı bir qaşınma hiss edildikdə ya da bir qızartı olsa dərhal yuyulmalıdır. Bir sonrakı maska tətbiqində belə bir təsir ilə təkrar qarşılaşmamaq üçün maska edilərkən, limon suyu miqdarı azaldılaraq və süd miqdarı artırılaraq qarışıq hazırlanaraq dəriyə tətbiq oluna bilər.

Süd və yulaf əzməsi ilə edilən maska
Dərinizi çirklərdən təmizləmək və möhkəmləndirmək istəyirsinizsə, bir az süd ilə yulaf əzməsini qarışdırıb dərinizə yüngülcə çəkə bilər, bir neçə dəqiqə maskanı dərinizdə gözlətdikdən sonra ilıq su ilə dərinizi təmizləyərək durulaya bilərsiniz.

Cəfəri maskası
Dəri ləkələri üçün faydalana biləcəyiniz cəfəri maskası həftədə bir və ya iki dəfə edilə bilər. 1 dəstə cəfərini yaxşıca doğrayıb əzdikdən sonra 2 çay qaşığı bal və 1 çay qaşığı limon suyu əlavə olunaraq qarışdırılar. Qarışıq ləkə problemi olan bölgəyə sürtülərək, 15 dəqiqə gözlədildikdən sonra ilıq su ilə durulanar. Maska sonrası dərinizə nəmləndirici çəkə bilərsiniz.

Dərisinə əhəmiyyət verən və dərisinin gənc qalmasını istəyən qadınlar bitki mənşəli dəri baxım məhsulları istifadə edərək dəri baxımı edə bilər və möcüzə bir dəriyə sahib olmanın kefini çıxara bilərlər.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 4 393
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri