Möcüzəvi kələm və kök maskası

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 3 022
Səs ver:
(səs: 1)
1. Kartof və limonda dəriyə təsir göstərən parıltılı maddələr var. Bal isə dərini nəmləndirməyə kömək edir. Dilimlənən kartofun üzərinə limon sıxaraq hazırlanan məhlulu üz dərisində 15 dəqiqə saxladıqdan sonra yumaq lazımdır. Bu, dərini işıltılı və cazibədar edir.

2. Çiy kartofu təmizləyib, nazik dilimlərə bölün. Onları 15 dəqiqə təmiz üzdə saxlayın , sonra ilıq suyla yuyunun. Bu prosedur dərini yumşaldır və ağardır, dəri elastik olur və təbii parıltını əldə edir.

3. 1 çay qaşığı bal, isti süd, kartof nişastası, duz götürün sıyıq halına gələnə qədər qarışdırın. Qarışığı üzə pambıq tamponuyla qat-qat sıyıq bitənə qədər vurmaq lazımdır. 20-25 dəqiqədən sonra üzü əvvəlcə isti suyla, daha sonra soyuq suyla yumaq lazımdır. Bu maska yağlı tip dərisi olan xanımlara tövsiyə edilir. Dərini hamarlaşdırır və rəngini açır.

4. Kök şirəsini götürün üzərinə 1 xörək qaşığı kəsmik, bir neçə damcı zeytun yağı və ya başqa yağ əlavə edib yaxşıca qarışdırın. Sizdə orta qatılıqda (xama kimi) məhlul qarışığı alınacaq. Əvvəlcə üz dərisini toniklə təmizləyin və sonra qarışığı sürtün. 20- dəqiqə saxladıqdan sonra ilıq suyla üzünüzü yuyun. Dəri məxmər kimi hamar olacaq və üzün rəngi kifayət qədər yaxşılaşacaq.

5. Sürtkəcin xırda gözündə kökü sürtün, üzərinə yarım çay qaşığı bal və bir yumurta sarısı əlavə edin. Balı qliserinlədə əvəz etmək olar. Maskanı 20 dəqiqədən sonra isti suyla daha sonra isə sərin suyla yuyun. Belə maska üzün dərisini nəmləndirir və qidalandırır.

6. Bərabər nisbətdə qaynanmış kökü qaynanmış turpla qarışdırın, hazırladığınız sıyığı təmiz üz dərisinə sürtüb 20 dəqiqə saxlayın. Qarışıq isti olmalıdır. Amma əgər sizin üzünüzdə genişlənmiş kapilyarlar varsa, onda qarışığı soyutmaq lazımlıdır. Maskanı isti suyla yuyun. Belə maska yaxşı nəmləndirir və üz dərisini qidalandırır.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 3 022
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri