XANIMLARA ÖZƏL: Dərini təmizləyən və parıldadan UCUZ VASİTƏ

Müəllif: YalniZ-ArZu
Şərhlər: 8
Baxılıb: 6 040
Səs ver:
(səs: 1)
Karbonat (çay sodası) bir çox dəri probleminin müalicəsində istifadə edilə bilər.Qadinla.com ailem.az-a istinadən bildirir ki, bu faydalı və ucuz vasitə dərini ölü hüceyrələrdən təmizləyir. Ölü hüceyrələrin dəri səthindən təmizlənməsi və yeni hüceyrələrin meydana gəlməsinə zəmin hazırlayır. Bu müddətdə dəri altındakı yeni hüceyrə inkişaflarına zərər vermir. Dərinizin parıldamasını istəyirsinizsə, təqdim etdiyimiz müalicə üsullarını evdə sınaqdan keçirin.

Karbonat və su
Karbonat üzdə olan ölü hüceyrələri təmizləyir, kir və yağı aradan qaldıraraq aknelərin qarşısını alır, üzdəki tıxalı məsamələri açır. Bir az karbonat götürüb ilıq su ilə qarışdıraraq məcun halına gətirin, üzünüzə çəkin və yavaş-yavaş dairəvi hərəkətlərlə masaj edin. 15 dəqiqə sonra üzünüzü ilıq su ilə yuyun.

Karbonat və üyüdülmüş yulaf
Karbonat və üyüdülmüş yulaf birləşməsi güclü üz təmizləyicisi ola bilər. Yulafa bərabər miqdarda su və karbonat əlavə edin. Üyüdülmüş yulaf su-karbonat qarışığının təxminən 1/6-i qədər olmalıdır. Yüngül, dairəvi hərəkətlərlə qarışımı üzünüzə sürtün. Bu, üzünüzü ölü hüceyrələrdən təmizləyəcək və göz altı torbaları aradan qaldıracaq. Ancaq qarışımı göz altına çəkəndə ehtiyatlı olun ki, gözünüzə düşməsin. Sonda üzünüzü ilıq su ilə yuyun.

Karbonat və limon

Karbonat və limon qarışımı dərini ölü hüceyrələrdən təmizlədiyi kimi, yaşla əlaqəli ləkələri azaldıb yağlanmanın qarşısını alır. Bu qarışımı hazırlamaq üçün 2 yemək qaşığı soda və 2 xörək qaşığı qara şəkəri bir qaba tökün, üstünə çıxana qədər limon suyu tökün. Vəsaitləri yaxşıca qarışdırın, üzünüzü yuyun və qarışımı yaş dəriyə çəkin. 10 dəqiqə saxlayın, sonra üzünüzü ilıq su ilə yuyun.

Karbonat və kakos yağı
Karbonat və kakos yağı qarışımı dərini eyni anda həm ölü hüceyrələrdən təmizləyəcək, həm də nəmləndirəcək. Bu qarışım quru və iltihablı dərilər üçün idealdır. Bərabər miqdarda karbonat və kakos yağı ilə asanlıqla hazırlana bilər. Dəriniz həssasdırsa, kakos yağının miqdarını iki dəfə artırın.
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 6 040
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri