Duz və spirtli içki tərkibli çox effektli maskalar

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 3 131
Səs ver:
(səs: 1)
Duz qədim zamanlardan bəri gözəlləşmək üçün istifadə edilən məhsullardan biridir. Ancaq çox az insan spirtli içkilərin də onları gözəlləşdirdiyindən xəbərdardır.

İçildikdə orqanizmə zərər verərək dərini qocaldan spirtli içkilər maska hazırlamaq üçün ən yaxşı vasitə hesab edilir.
QADİNLA.COM duz və spirtli içki ilə gözəlləşməyin 3 ən effektli yolunu təqdim edir:

Saçlar üçün viski və duz terapiyası:
1 xörək qaşığı Himalay duzunu yarım çay qaşığı kokos və eyni miqdarda buğda yağı ilə qarışdırın. Üzərinə saçın uzunluğunu nəzərə alaraq 3-5 xörək qaşığı viski əlavə edib təkrar qarışdırın. Maskanı saça çəkib 10 dəqiqə gözləmək və ilıq su ilə təmizləmək lazımdır. Bu maska xüsusilə, kişilər üçün faydalıdır. Ancaq qadınlar da istifadə edə bilər.

Sellülitlər üçün duz və şampan terapiyası:
3 xörək qaşığı qaya duzunu 1 qədəh şampan, 1 xörək qaşığı kokos və palma yağı ilə qarışdırın. Bu maska ilə sellülitli nahiyələrə masaj edin. Maska qan dövranını artırır və dəri hüceyrələrini yeniləndirir.

Üz üçün duz və şərab terapiyası:
Üzdəki qırışların və sallanmanın qarşısını almaq üçün 1 xörək qaşığı duzla yarım qədəh şərabı və 1 çay qaşığı kokos yağını qarışdırın. Əldə etdiyiniz maskanı təmiz dəriyə çəkib 5 dəqiqə gözləyin. Üzünüzü soyuq su ilə yuyun.
Maskaların hər birini həftədə 2 dəfə çəkmək lazımdır.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 3 131
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri