Dişləri ağartmır, çürüdür - DOĞRU BİLİNƏN YANLIŞ

Müəllif: Son Bahar
Şərhlər: 4
Baxılıb: 1 845
Səs ver:
(səs: 0)
Dişlərinin ağ görünməsi hər kəsin arzusudur. Bunu stomatoloqların köməkliyi ilə etmək çox baha başa gəldiyindən insanlar təbii üsullara əl atırlar. Bu məqsədlə bir neçə üsuldan istifadə olunur.

Məsələn, soda ilə diş ağartmaq ən populyar metoddur. Bundan başqa, el arasında süfrə duzu da diş ağardıcılarından sayılır.

Həmçinin dişləri ağartmaq üçün 1 çay qaşığı sodanı bir çimdik duzla qarışdıraraq, içinə bir neçə damla sirkə əlavə edib dişə sürtərək, ağardılmasına çalışılır.

El arasında geniş tətbiq olunan metodlardan biri də 3%-li pereksin su ilə qarışdırılaraq, həftədə 3-5 dəfə dişlərə sürtülməsidir.

Aparılan araşdırmalardan sonra bu metodların sağlam dişləri qısa müddət ərzində bərbad hala saldığı üzə çıxıb.

Qadınla.com bildirir ki, diş həkimi Pertev Kökdemir bununla bağlı vətəndaşlara xəbərdarlıq edib: "Bu üsullarla dişlərin ağardılmasına çalışılması bir müddət sonra çox pis nəticə ilə yekunlaşır. Araşdırmalarımız və bizə müraciət edən pasiyentlərin problemləri göstərir ki, bu üsulla dişləri ağartmağa çalışdıqda bir müddət sonra çürüməyə başlayır".

Onun sözlərinə görə, internetdə və sosial şəbəkələrdə bəzi səhifə və saytlar oxunma sayı qazanmaq üçün belə xəbərlər yayımlayır və insanları çaşdırırlar: "Dişi sağlam olan, ancaq tam ağ olmayan insanlar var ki, onlar bu üsula əl atmaqla öz istəklərinə çatmaq istəyirlər. Amma bir müddət sonra onların dişləri çürüməyə başlayır, bu zaman onlar düşünülər ki, kaş belə etməyəydim, dişlərim sağlam qalaydı".

Pertev Kökdemir deyib ki, xüsusilə bu metodu tez-tez tətbiq edən insanların dişləri daha sürətlə saralır və çürüməyə başlayır.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 845
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri