Rinoplasty (Burun Əməliyyatı)

Müəllif: Sweet Candy
Şərhlər: 7
Baxılıb: 2 211
Səs ver:
(səs: 0)
Rinoplastika əməliyyatı burunun formasinin yenidən planlaşdırılıb şəkilləndirilməsinə deyilir. Estetik görüntü ilə yanaşı sağlamlıq problemləri də Rinoplasti əməliyyatı ilə həll olunur.Burunun içindəki əyriliklərin düzəldilməsi, hava yolunun açılması,daha rahat nəfəs alınmasını təmin edir.

Rinoplasti əməliyyatı ilə nə kimi dəyişikliklər oluna bilir?
Bu əməliyyatla burunla əlaqəli istənilən cür narahatlıq və əyriliklər aradan qaldırılır. Burun ölçüləri böyüdülür və ya kiçildilir, burun üzə daha uyğun hala gətirilir, burun ucunun (tip plasti) və burunun ümumi forması dəyişdirilə bilər, geniş olan burun dəlikləri daraldılır və ya burun ilə üst dodaq arasındakı bucaq yenilənir, burunun üstündəki sümük çıxıntılar alınaraq buruna daha gözel və estetik forma verilir. Rinoplasti əməliyyatı zamanı estetik forma ilə yanaşı hava yollarının açilması və ya bərpası,travma nəticəsində yaranan deviasyonlar aradan qaldırıla bilir.

Rinoplasti əməliyyatı üçün ən uyğun namizəd kimlərdir?
Estetik burun əməliyyatına qərar vermədən əvvəl pasiyentin istəkləri mütləq soruşulmalı və dəyərləndirilməlidir.

Rinoplasti əməliyyatı neçə yaşdan sonra olunmalıdır?
Əməliyyat yaşı qadınlarda 16 yaşdan, kişilərdə isə 17 yaşdan başlayaraq oluna bilər. Estetik Rinoplasti əməliyyatı insanın üz görünüşünü dəyişdirərək özünə güvəni artırar, amma xəyal etdiyi görünüşü verməsi mümkün olmaya da bilər.

Rinoplasti əməliyyatı sonrası yeni burun forması necə olmalıdır?
Müasir estetik əməliyyatlarda yanaşma təbii bir görünüş təmin etməkdən ibarətdir. Əhəmiyyətli olan burun tənəffüsünü pozmadan, burnun hər bölgəsinə balanslı və zərif bir görünüş qazandırmaqdır. Rinoplastika əməliyyatında da bəlli olmayan, təbii bir burun görüntüsü məqsəd qoyulur.

Hansı anesteziyadan istifadə olunur?
Rinoplasti əməliyyatında, həm lokal,həm də ümumi anesteziya tətbiq olunur. Olunan ümumi anesteziya da ağır bir ümumi anestezi deyil, xəstə istəsə əməliyyatdan 3-4 saat sonra evinə gedə biləcək vəziyyətdə olur. Lokal anestezi ilə birlikdə yüngül sedasyonla burun və ətrafındakı toxumalar uyuşturulur. Lokal anestezi istifadə edilən estetik Rinoplasti əməliyyatı sonrasında xəstə bir müddət istirahət etdikdən sonra evinə gedə bilər.

Rinoplasti əməliyyatından sonra xəstəxanada nə qədər qalmaq lazımdır?
Ümumi anesteziya almış xəstələrin əməliyyat gecəsi xəstəxanada qalması həkim tərəfindən tələb oluna bilər, əhəmiyyətli bir problem yoxsa, ertəsi gün evə yazılır.

Rinoplasti əməliyyatı sonrası xəstələri nə gözləyir?
Əməliyyat həkim tərəfindən tamamlandıqdan sonra burun içinə silikon borular yerləşdirilir. Bu borular daha sonra həkim tərəfindən çıxardılır, alınması ağrılı deyil. Əməliyyat bitdikdən sonra burunun üstünə sarğı gips qoyulur.Bu gips 6 gün sonra yenə həkim tərəfindən dəyişdirilir. Gips 12ci gün tamamilə çıxarılır. Xəstənin göz qapaqları və ətrafında meydana gələ gələn şişlik və bənövşəyiliklər 7-10 gün içində itər. Burunun özündə olan şişliklərin böyük qismi 20-30 gün içində,qalan şişlər isə 6-12 ay içində tədricən itər.

Rinoplasti əməliyyatının yaşlanmaya təsiri varmı?
Erkən yaşlarda olunan rinoplasti əməliyyatı dəri və digər toxumalarda davam edən yaşlanmanın təsirlərini durdurmaz. Əməliyyat sonrası burunun yeni şəklinin ömür boyu eyni şəkildə qalıb qorunmasını gözləmək əslində doğru bir yanaşma deyil. Yaşlanma və yerin cazibəsinin təsirindən zaman içində dəyişikliklər baş verə bilər. Üzdəki digər toxumaların yaşlanmasıyla birlikdə burun toxumaları da zamanla xüsusiyyətini dəyişə bilər.

Rinoplasti əməliyyatının fəsadları nələrdir?
Əməliyyatın təcrübəli həkim tərəfindən olunması fəsadların ehtimalını azaldır. Əməliyyat sonrası infeksiya, müvəqqəti burun qanaması və ya bədənin anesteziyaya göstərdiyi reaksiya kimi fəsadlar hər zaman ola bilər. Bu tərz ehtimalların meydana gəlməməsi üçün, əməliyyat öncəsi və sonrası verilən tövsiyələrə əməl etsəniz riskləri azaltmış olariq. Əməliyyat sonrası sızıntı şəklində qanamalar görülə bilər və bunlar bir iki gün içində tamamilə dayanacaqdır. Rinoplasti əməliyyatı burunun içindən olunduğu üçün xaricdən görünən çapıq (yara izi) meydana gəlməz.

Rinoplasti əməliyyatında iz qalar mı?
Estetik burun əməliyyatında əgər bəhs edilən "açıq texniki" istifadə olunarsa və ya yan burun dəliklərinin daraldılması lazımdırsa kiçik bir kesik meydana gələ bilər. Bu kəsik burun döşəməsində üst dodaq ilə burun arasında qalar və çox az bilinər. Uyğun görülən xəstələrdə bu hissəni kəsmədən də açıq rinoplasti əməliyyatı tətbiq oluna bilər.

Rinoplasti əməliyyatı sonrası ikincili əməliyyat lazımdır mi?
Əməliyyat sonrasında çox aşağı nisbətdə meydana gələ bilən kiçik bir deformitələrdə (istənilməyən qalıcı şişliklər kimi) ikinci (Seconder) bir əməliyyat ehtiyacı ola bilər. Bu əməliyyat, ilk əməliyyata görə çox daha qısa sürər və əksəriyyət hallarda lokal anesteziya ilə olunar.

Ikincili əməliyyatı nə zaman olunması ugundur?
Kiçik miqyaslı deformitələr üçün təkrar əməliyyat 3 ay sonra oluna bilər.Digər bütün hallarda həkiminizin qərarı ilə hərəkət etməniz tövsiyyə olunur.Çünki burunun tam şəklini alması 6-12 aylaın sonunda baş verir.Bu səbəbdən vaxtından əvvəl müdaxilə arzu olunan deyil.

Rinoplasti əməliyyatından öncə nələrə diqqət olunmalıdır?
Doktor xəstəyə əməliyyata necə hazırlanacağı mövzusunda dəstək verir.Qidalanmada diqqət edilməsi lazım olan xüsusları bildirir. Əgər siqaret adəti varsa, ən az 1 həftə əvvəldən azaldılması hətta tamamilə buraxılması məsləhətdir. Xəbərdarlıqlara uyulduktan sonra, əməliyyat daha asan şərtlər altında keçəcək.

Rinoplasti əməliyyatı nə qədər sürər?
Əgər həkim əlavə əməliyyatlara ehtiyac duymazsa əməliyyat 1 saat müddətdə tamamlanır.

Burun şəkilləndirmə əməliyyatı necə aparılır?
Rinoplasti əməliyyatında burun dərisi altındakı qığırdaq və sümük toxumaları bir-birindən ayrılır və istənilən formaya gətirilir.Şəkilləndirmə əməliyyatı xəstənin probleminə və həkimin seçdiyi texnikaya bağlıdır.Toxumalar cox kiçik parçalar halında və cox həssas kəsicilərlə çıxarılır. Burundan çıxarılan toxumalar bəzi hallarda burunun başqa bir hissəsində mövcud olan nöqsanların tamamlanması üçün istifadə oluna bilir. Bu səbəbdən rinoplasti əməliyyatıın tək seansda olunması, həm içinin həmdə xarici görünüşünün korreksiyası üçün doğru olan yanaşmadır.

Rinoplasti sonrası ilk gün necə keçər?
Anesteziya təsiri keçdikdən sonra başlayan 24 saatlıq müddət içində,üzdə şişmə hiss olunur. Burunda ağrı və diskomfort hiss oluna bilər.Ağrılar baş ağrısı ilə müşayiət olunur. Həkiminizin təklif edəcəyi ağrı kəsici rahatlamanız üçün tam kifayət edir. Anesteziya təsiri keçdikdən 6 saat sonra sulu qidalar,18 saat sonra normal qidalar qəbul edə bilər. Əməliyyatın ertəsi günü göz qapaqlarında göyərmə və şişliklər başlayır.Ancaq bu vəziyyət 10-15 müddətində sürətli bir şəkildə düzəlir. İlk günlər basin yüngül yuxarıda olacaq şəkildə üfüqi mövqedə yataqda keçirilməsi faydalıdır.Əməliyyat günü axşam, ümumi ehtiyacları ödəmək üçün xəstələrə gəzməyə icazə verilir.

Rinoplasti sonrası şişliklər nə zaman gedər?
Olan şişlik və bənövşəyiliklərin böyük qisimi ilk iki həftə içində keçəcək. Geri qalan qalan şişliklərin 70%i 1 ay içində keçər. 1 ay sonra şişlik yenə hiss edilirsə, 6-12 aya kimi gözləməniz məsləhət görülür.

Rinoplasti əməliyyatı sonrası tikişlər alınırmı?
Xeyr, istifadə olunan iplikləri almağa ehtiyac yoxdur, çünki özü əriyən katgüt tikişlər istifadə olunur.

Rinoplasti əməliyyatı sonrası normal həyata nə zaman dönmək mümkündür?
Əhəmiyyətli şişlik və bənövşəyiliklər ümumiyyətlə iki həftəyə kimi itər. Qoyulan gips 12ci gün tamamilə çıxarılır.Xəstə 10-14 gün içində məktəbinə və ya işinə geri dönə biləcək hala gəlir. Tamamilə normal həyata dönüş bir neçə həftə sonra ola bilər. İdman fəaliyyətlərinə başlamağınızı həkiminiz ilə müzakirə edə bilarsiniz.

Rinoplasti əməliyyatı sonrası nələrə diqqət olunmalıdır?
Əməliyyat sonrası toxumaların yaxşılaşma müddətində ən az bir ay çarpmalara və sürtünməyə qarşı qorunması tövsiyə edilir. Qan təzyiqini artıran idman fəaliyyətlərindən iki həftə uzaq durmaniz tövsiyə edilir.

Kontakt linza istifadəsi rinoplasti əməliyyatına mane olarmı?
Xəstə əməliyyat sonrası özünü yaxşı hiss etdiyi andan təkrar kontakt linzalarını istifadə edə bilər. Əməliyyat əvvəli həkiminizin məlumatlandırılması faydalı olar.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 2 211
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri