Sarğı Nahiyəsi Estetik əməliyyatı

Müəllif: Sweet Candy
Şərhlər: 3
Baxılıb: 3 352
Səs ver:
(səs: 0)
İdeal popo formasının sizdə olması artıq xəyal deyil. Müxtəlif metodlarla gözəl bir poponuz ola bilər. Bu metodlara, sarğı nahiyəsi protezi (silikon implantasiya), yağ inyeksiyası, liposaksiya ilə formalaşdırma və sarğı nahiyəsi qaldırmaq kimi metodlar daxildir.

Sarğı nahiyəsi protezi (Butt implant – Buttock Augmentation – Sarğı nahiyəsi implantasiyası – Sarğı Nahiyəsi böyüdülməsi )

Sarğı nahiyəsi görünüşünün kiçik olduğu hallarda tətbiq edilir. İki yan arasındakı hissədən təxminən 3 cm-lik gizli kəsikdən girilir, əzələ toxumalarının arasına planlaşdırılmış nahiyəyə yerləşdirilir. Əməliyyat müddəti təxminən 1 – 1,5 saatdır. Əməliyyatdan sonra arxası üstə uzana bilərsiniz. Ancaq 2 yaxud 3 gün ərzində oturarkən ağrı hiss edə bilərsiniz. Bu periodda sizə yerimək oturmaqdan daha asan gələcək.

Sarğı nahiyəsi protezindən sonra nəyə diqqət edilməlidir?
İlk günlərdə oturub qalxarkən tələsik və cəld hərəkətlər etməyin, lazım gəlsə başqalarının sizə kömək etməsini xahiş edin.

Tikişlərdə öz-özünə əriyən material istifadə olunur. 10 gün ərzində sağalır.Əməliyyat izləri vaxt keçdıkcə sarğı nahiyəsi arasına gələrək görünməyəcək. Əməliyyatdan sonra sarğı nahiyəsindən edilən inyeksiyalarda tibb işçilərinə bu barədə xəbərdarlıq edilməlidir.

Sarğı protezi növləri hansılardır?
Bu protezler müxtəlif tiplərdə olur. Anatomik və yumru adlanan iki növdə olurlar. Müxtəlif bədən növləri üçün müxtəlif həcmlərdə (cc) protezlər var. 150 – 480 cc-yə qədər protezlər var.
Əməliyyatdan əvvəl ətraflı müayinədən sonra istifadə ediləcək olan protez müəyyənləşdirilir. Cərrahiyə metodu ilə xəstəxana şəraitində tətbiq edilir.
Lazım olarsa, eynı seansda sarğı nahiyəsinə yağ da inyeksiya edilir.

Sarğı nahiyəsinə yağ inyeksiyası
Xüsusilə omba, bel və qarın nahiyələrindəki artlq olan yağ toxumalarının liposaksiya vasitəsilə çıxarılıb ehtiyac olan bölgələrə inyeksiya edilmiəsi metodudur. Bu cür artıq yağ toxuması sarğı nahiyəsində varsa, və assimetrik görünüş yaradırsa, sarğı nahiyəsinə edilən liposaksiya ilə yenə yağ inyeksiya metodu ilə həmin nahiyə düzəldilir.

Tətbiq edilən yağ inyeksiyasının bir hissəsi 6 ay – 1 il ərzində bir müddətdə əriyərsə, 2-ci seansın tətbiq olunmasına ehtiyac ola bilər.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 3 352
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri