Üz gərdirmə, RHYTIDECTOMY, FACE LIFT

Müəllif: Sweet Candy
Şərhlər: 2
Baxılıb: 1 879
Səs ver:
(səs: 0)
CAZİBƏDAR VƏ CAVAN ÜZÜN HANSI XÜSUSİYYƏTLƏRİ VAR?
Kontruları aydındır, çənənin uc hissəsi və çənədən qulaqlara qədər olan iti bir xətt gedir,
Ətli hissənin almacıq sümüyü, yanaqlar və göz kənarlarına doğrudur
Dərinin səthi hamar və gərilmiş vəziyyətdıdir.

ÜZ GƏRDİRMƏ ƏMƏLİYYATI KİMLƏRDƏ APARILIR?
Yuxarıda saydığımız məqamları nəzərə alaraq, yaşlanan və yaşlanma prosesi davam edən üzləri müayinə edərkən üz xəttlərinin aydınlıq dərəcəsinin azaldığını, ətlərin aşağıya doğru yerini dəyişdirdiyini və dəridə qırışların yarandığını görmək mümkün olur. Bu əlamətlərdən biri və yaxud bir neçəsi sizdə varsa, bir plastik cərrahla məsləhətləşməyin vaxtı gəlmişdir.

Üz gərdirmə əməliyyatında əsas məqsəd gərilmiş bir üzdən daha çox, üzdəki ahəngin tekrar yerinə qaytarılması olmalıdır. Buna görə də, plastik cərrahınız ilə görüşə gedəndə cavanlıq fotoqrafiyanızı da aparmaq yaxşı olardı .

ÜZ GƏRDİRMƏ ƏMƏLİYYATI İLƏ BİRLİKDƏ BAŞQA NƏLƏR EDİLƏ BİLƏR?
Üz gərdirmə əməliyyatı qısa şəkildə desək, vaxt keçdikcə üzdə meydana gələn qırış və sallanmaların cərrahiyyə yolu ilə aradan qaldırılması yoludur. Ancaq heç vaxt bunu tək olaraq nəzərdə tutmamaq, lazım olduqda digər metodlarla birləşdirilə biləcəyini də nəzərə almaq lazımdır. Bu metodlardan aşağıdakıları göstərə bilərik:

Temporal lift (gicgahdan gərdirmə)
Qaş qaldırma (broü lift)
Boyun gərdirmə (nech lift)
Orta üz gərdirmə (midface lift)
Yağ inyeksiyası

ÜZ GƏRDİRMƏ ƏMƏLİYYATI NECƏ APARILIR?
Yaşlandıqca dərinin elastikliyini itirməsi ilə əlaqədar olaraq, dəridə qırışlar, dəri altı toxumaların eyni formada elastikliyini və həcmini itirməsi ilə əlaqədar da sallanmalar meydana gələr bilər.

Müalicəsi üçün sallanan dəri altı toxumaların normal yerlərinə çəkilməsi, dəridəki artıq hissələrin isə çıxarılması nəzərdə tutulur. Qulağın ön və arxa hissəsindən edilən kəsiklərdən girib dəri toxuması qaldırılır. Altdakı toxumalarda da gərdirmə əməliyyatı aparılır. Bu gərdirmə prossesindən sonra yaranan dəri artıqları qulağın ön və arxa hissəsindəki nahiyələrə yeridilərək tikilir.

Son illərdə plastik cərrahiyə sahəsində baş verən irəliləyişlər sayəsində daha az izi qalan, daha az vaxt aparan əməliyyat müddəti, daha sürətli sağalma periodu və daha dayanıqlı nəticələri əldə etdiyimiz yeni texnikalar inkişaf etdirilmişdir. Bu inkişaf sayəsində üz gərdirmə əməliyyatları daha erkən yaşlarda da tətbiq oluna bilən, daha cəzbedici əməliyyatlar olaraq hazırda çox yayılmışdır.

ÜZ GƏRDİRMƏ ƏMƏLİYYATINDAN SONRA SAĞALMA PERİODU NECƏ GEDİR?
Üz gərdirmə əməliyyatında əməliyyat müddəti təxminən 2 saatdır. Əməliyyatdan 4-5 saat sonra evinizə qayıda bilərsiniz. Əməliyyatdan sonra 3-4 gün davam edən şiş və göyərmələr olur. Bu müddətdən sonra normal iş və sosial həyatınıza qayıda bilərsiniz.

ƏMƏLİYYATSIZ ÜZ GƏRDİRMƏ METODLARI
Klassik üz gərdirmə əməliyyatı sizi 10-15 il, bəlkə də daha çox cavanlaşdıran bir texnikadır. Ancaq daha cavan yaşlarda dəri sallanmalarının daha az olduğu hallarda müasir dünyanın tələbi olaraq da dərimizi cavan və təravətli saxlayan metodların hansılar olduğunu bilmək istəyən çox insan vardır.
Qeyri-cərrahi olan bu metodlarda əsas məqsəd elastin və kollagen lifləri hərəkətə keçirməkdir. Bunlar,

Radiodalğa ilə
İstilik enerjisi ilə (Thermage)

Azalan həcmi geriyə qaytarmaq üçün:
Dolğu maddələri (Hyaluronik asit)
Ultrasəs enerjisi ilə (Ulthera) metodlar sadalana bilər.
Dəri altı hüceyrələri dəstəklyən və içini artıran metodlar:
Mezolift – Vitamin inyeksiyası
PRP
Volift
Redensity kimi tədbirlərdir.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 879
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri