Göz qapağı estetik əməliyyatı

Müəllif: Sweet Candy
Şərhlər: 4
Baxılıb: 2 645
Səs ver:
(səs: 0)
Göz qapağı estetik əməliyyatı nədir?
Gözlərimiz ətraf mühitlə ünsiyyət saxlamağımız üçün vacib amildir. Hərəkətli, gənc, diri, baxışlarda sirrli ifadəni – təravətli, sıx olan göz qapaqları və göz ətrafı ilə vermək mümkündür.

Göz qapağı estetik əməliyyatı kimlərdə aparıla bilər?
Göz qapağı estetik əməliyyatında sadəcə yaş məhdudiyyəti qoymaq fikrinin düzgün olduğu ilə razılaşmıram. Çünki, hamımızda fərqli genetik xüsusiyyətlər var və bundan asılı olaraq, gənc ikən də bu problemlə üzləşə bilərik.

Göz estetikasını yalnız göz qapaqları ilə məhdudlaşdırmaq birtərəfli yanaşma olardı. Göz qapaqları və ətrafının quruluşu bür bütövün ayrılmaz hissəsidir.
Yaş ilə birlikdə, yaxud şəxsin genetik xüsusiyyətlərinə görə göz qapaqlarındakı dəridə elastikliyin itməsi ilə əlaqədar genişləmə, dəri artıqlığı ola bilər. Başqa bir hal isə yağ kisəciklərinin lazım olduğundan daha artıq diqqətə çarpmasıdır.

Yenə yaşla əlaqədar olaraq, dəstək strukturlarının yumuşalması ilə əlaqədar kisə formasını alan bir görünüşlə, yaxud genetik xüsusiyyətlərinə bağlı olaraq da eyni görünüşlə daha erkən yaşlarda rastlaşa bilərik.

Göz qapağı estetik əməliyyatında tamamlayıcı tədbirlər hansılardır?
Göz qapağının estetik problemləri çox vaxt göz ətrafı və üz problemləri ilə birlikdə görünür. Bu hallarda aparıla bilən müalicə yolları barəsində qısa şəkildə aşağıda izahat verilmişdir.

Qaz ayaqlarının diqqətə çarpması və müalicəsi
Bu hallarda xətlərin dərinliyindən asılı olaraq botoks yaxud lazer kimi cavanlaşdırma metodlarından istifadə olunur.

Qaşların normaldan daha aşağı səviyyədə olması
Qaş qaldırma metodlarından olan endoskopik və qeyri-endoskopik metodlar ilə qaş qaldırma əməliyyatları aparıla bilər.

Göz altı çöküntüləri yaxud göyərmələr
Bu hallarda yağ inyeksiyası yaxud işıq doldurulması kimi metodlarıdan istifadə edilə bilər.

Göz qapağı əməliyyatı nə qədər davam edir?
Üst göz qapağı əməliyyatı təxminən 30-45 dəq davam edir. Alt göz qapağı isə təxminən 1-1,5 saat davam edir. Əməliyyat lokal anesteziya, sedasiya, yaxud ümumi anesteziya ilə aparılır. Əməliyyatdan sonra 3-4 saatlıq periodda gözlərin üzərinə buz qoyulur. Adətən bu müddətdən sonra xəstəxanadan çıxarıla bilərsiniz.

Göz qapağı əmliyyatından sonra iz qalır?
Üst göz qapağı əməliyyat izləri üst göz qapağı qatlanma nahiyəsinə uyğun formada aparılır. Və tikişlər söküldükdən sonra hardasa heç görünmür və iz büküşdə gizlənir. 6 ay-1 il sonra bəzən biz belə diqqətli şəkildə baxmasaq bu izləri görə bilmirik.
Alt göz qapağı isə dərinizin əzələ və yağ toxumanızın quruluşundan asılı olaraq 2 fərqli metodla aparılır:

Transkonjonktival insiziya;
Bu metodda kəsik tamamilə alt göz qapağının içəri tərəfindən aparılır. Dərinin elastikliyi yaxşı vəziyyətdə olduqda, sadəcə artıq yağın olduğu hallarda istifadə edilir. Lazım gələrsə, gözün xarıcı kənarından 4-5 mm-lik bir kəsik ilə alt göz qapağının artıq dərisi çıxardılır. Bu metodda hardasa heç iz qalmır.

Subsilier insiziya;
Alt göz qapağının kirpiklərindən 3 – 4 mm məsafədə bükülmə yerindən edilən bir kəsiklə aparılır. Əməliyyatdan sonra əvvəllər qızarıqlıqlar olur ancaq, 1-2 ay sonra bu iz də dərinin təbii büküşü arasında itir.

Hansı xəstəliklər göz qapaqlarına təsir edir?
Gözlər əslində daxili orqanlarımızla əlaqədar bizə çoxlu siqnallar göndərir. Bunlardan ən əsası tiroid vəzisi (zob) xəstəlikləridir. Tiroid vəzisi həddindən artıq (hipertiroid), yaxud lazım olduğundan az (hipotiroid) fəaliyyət göstərərsə, bir-birindən fərqli göz qapağı problemi ola bilər. Ətraflı müayinə və bir neçə laboratoriya analizi ilə bu halların nə olduğunu aydınlaşdırmaq çox asandır.

Göz qapağı əməliyyatı necə aparılır?
Üst və alt göz qapaqlarının anatomik cəhətdən bir-birindən fərqli xüsusiyyətləri vardır. Üst göz qapaqlarında tez-tez genişləmiş və sallanmış artıq dərilərin alınması və lazım gələrsə artıq yağın alnması kifayət edir. Ancaq alt göz qapaqlarında vəziyyət bir az fərqlidir. Alt göz qapağı əməliyyatlarında sallanan artıq dərinin çıxarılmasından çox, sallanan toxumanın qaldırılması yolu ilə aparılan bir əməliyyatdır. Bununla yanaşı, lazım olduqda yağ kisəcikləri çıxarıla bilər yaxud da göz ilə burun arasındakı çuxur hissəni doldurmaq üçün yağ inyeksiyası edilə bilər.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 645
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri