Qaş qaldırma əməliyyatı

Müəllif: Sweet Candy
Şərhlər: 9
Baxılıb: 9 878
Səs ver:
(səs: 1)
Üzün gənc və parlaq görünməsini ifadə edən qaşlar öz formasını itirmiş olarsa qaş qaldırma emeliyyatı həyata keçirilir.

Qaş qaldırma emeliyyati ilə qaşlarda deformaisyaya uğramış əzələləri bərpa edərək möhkəmləndirmək və qaşların təbii görünüşünə sahib olmaq mümkünüdür.

Qaş qaldırma emeliyyatı zamanı müxtəlif texnikalardan istifadə edilir. Sallanmanın dərəcəsindən, ölçüsündən və səbəbindən (yaşı, üz iflici, üzdəki şişlər, dügün qidalanmamam və, dəri baxımsızlığı və s.) kimi faktorlar nəzərə alınaraq uyğun emeliyyat üsulu seçilir.

Qaş qaldırma üsulları:
Botoks

Inyeksiya yolu ilə tətbiq edilir. 5-6 dəqiqədə tamamlanır.Rahat, ağrısız bir əməliyyatdır. Xanımlar normal həyatına rahatca davam edə bilərlər. Botoksun nəticəsi 7-10 gün içərisində bilinəcəkdir. Botoksun təsiri təxminən 3-4 ay davam edir, sonra əməliyyatı təkrarlamağa ehtiyac ola bilər. Gənc yaşlarda müraciət edən xanımlarda qırışlar tam meydana gəlmədiyi üçün qaş arası qırışıqlıqların qarşısını almaq orta və ondan yuxarı yaşdakı xanımlara nisbətən daha uğurlu nəticə əldə etmək mümkündür.

İplə qaldırma
İplə qaş qaldırma iki yönlü gərmə texnikası ilə edilir: saç içindən və qaşların üzərindən. Saç xəttini içinə mikro cihazlarla daxil edilir. Asan və sadə bir texnikadır. Təxminən 15 dəqiqədə həyata keçirilir. İz meydana gəlmir, sarğı ya da bandaj tələb edilmir. Xəstə eyni gündə normal həyatına geri dönə bilər. Yüngül ağrı yarana bilərsə, bu sadə ağrıkəsicilərlə aradan qaldırıla bilər.

Klassik qaş qaldırma (gicgah germe emeliyyatı)
Gicgah bölgəsindən saçlı dəri çıxarılaraq bu bölgə gerilir. Qalıcılığı uzun müddətli deyildir.

Endoskopik qaş qaldırma
Gicgah bölgəsində saçlı bölgə içindən edilən bir neçə santimetrlik kəsik edilərək qaşlar istənilən qədər yuxarı qaldırıla bilər. Ümumi anesteziya və ya lokal (yerli) anesteziya altında həyata keçirilir. Əməliyyat sonrası bu bölgədə keylik və gərginlik hissi, şişlik, göyərmə ola bilər, bu vəziyyət bir müddət sonra özbaşına keçib gedər. İlk gecə baş yuxarıda yatılmalıdır. Tikişlər təxminən10 gün sonra götürülür.
(səs: 1)
Şərhlər: 9
Baxılıb: 9 878
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri