İdman geyimləri qadınları liposaksiya əməliyyatlarına sövq edir?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 1
Baxılıb: 2 055
Səs ver:
(səs: 0)
Kosmetik əməliyyatlar edən aparıcı cərrahlara görə, qadınlar arasında liposakiya əməliyyatlarının artmasının mümkün səbəbi qadınların dəbdə olan bədənə yapışan idman paltarlarında daha gözəl görünmək arzusudur.

Həkimlər qeyd edirlər ki, cərrahiyyə əməliyyatı müsbət nəticə versə də, riskli ola bilər və lipoksasiya əməliyyatına "son çarə" kimi baxılmalıdır.

Liposaksiya
Liposaksiya əməliyyatında piy hüceyrələri götürülür, lakin bu əməliyyat arıqlamağı əvəzləmir
Bu əməliyyat kökəlməyinizin qarşısını almayacaq
Bədənizdən çıxarılacaq piyin miqdarına səhhətinizə zərər vurmamaq şərti məhdudiyyət qoyur
Nəzərdə tutduğunuz zonanı istədiyiniz qədər arıqlatmaq mümkün olmaya bilər
Bir qayda olaraq omba və qarın konturunu dəyişmək məqsədi güdülür
Müvafiq hazırlıq keçmiş və rəsmi lisenziyası olan cərraha müraciət etmək lazımdır

Mənbə: Britaniya Plastik Estetik Cərrahlar Assosiasiyası

Britaniyada liposaksiya əməliyyatlarına dair statistikanı izləyən Plastik Estetik Cərrahlar Assosiasiyasının təmsilçisi Rajiv Grover deyir ki, "əməliyyatların sayında artım idmanyönümlü paltarların dəbə düşməsi dövrünə təsadüf edib, bu növ paltar bədən cizgilərinizi örtməkdənsə hansı fiziki formada olduğunuzu göstərir".

İdmanyönümlü paltara o cümlədən, hər cür idmanla məşğul olmağa imkan verən bədənə yapışan, bədən cizgilərini qabardan paltar, dar elastik qadın şalvarı, beldən yuxarı bədən cizgilərini aşkarladan sıx paltar növləri aiddir.

Rajiv Grover qeyd edib ki, liposaksiya əməliyyatı bədənə daha az müdaxiləni nəzərdə tutan piyi dondurmaq yoluyla da aparıla bilər.

"İnsanlar liposaksiyanın risksiz olmadığını bilməlidirlər, - o deyib. - Bunu artıq çəkiyə qarşı bir çarə saymaq olmaz".

"Mənim məsləhətim nədir? İdmançı bədəninə malik olmaq istəyirsinizsə sağlam pəhriz tutun və məşq edin", - həkim deyib.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 055
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri