Dünyada ilk plastik əməliyyatın tarixi – Çənəsi parçalanmış əsgərin Videosu

Şərhlər: 9
Baxılıb: 1800
Səs ver:
(səs: 0)
Dünyada ilk estetik əməliyyat hələ 1916-cı ildə baş tutub. 

I Dünya müharibəsində mərmi partlamasından çənəsi, ağzı parçalanan  Villi Vikari adlı matrosu hərbi cərrah Harold Gillis əməliyyat edir.

31 may 1916-cı ildə yaralanan matrosu cərrah o dövr üçün hələ az tətbiq olunan "volkinq stalk skin flap” metodundan istifadə edir.

O, yaralının sinəsi və kürəyindən dəri götürərək çənəyə tikir. Nəticədə Villinin öz toxumasından çənə əti inkişaf edir və ağzı saxlayır. O dövr üçün bu möcüzə idi. Həkim necə olursa infeksiyalardan da yan qaça bilir. Hansı ki, o dövrdə antibiotik və ağrıkəsici yox idi.

1920 – ci ilə kimi Villinin üzü demək olar, normal insan simasına bənzəyir və o sağalır. Lakin o müalicə ərəfəsində psixoloji sarsıntıdan və ağrılardan qurtulmaq üçün narkotikə qurşanır, morfisiz dayana bilmir.

Sonradan onun taleyi barədə məlumat yoxdur. Lakin əsgəri əməliyyat edən cərrah hələ uzun illər yaşayaraq, 1951-ci ildə kişi cinsiyyət orqanını qadına köçürməklə daha da məşhurlaşır.

Matrosun çənəsində aparılan əməliyyatla bağlı Videonu təqdim edirik.

Ürəyi zəif olanlar baxmasın.

(səs: 0)
Şərhlər: 9
Baxılıb: 1800
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri