Ginekomastiya

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 4 329
Səs ver:
(səs: 0)
Cinsi yetişkənlik dövründə ( 13-15 yaş ) əmələ gəlir, təxminən bir ildən sonra keçib gedir.

Lakin bəzi hallarda keçib getmir və hətta daha da böyüyür, qadın süd vəzilərinə bənzəyir. Ginekomastiya həmin xəstələrin sağlamlığı ilə bağlı elə bir təhlükə yaratmasa da, sosial və psixoloji sorunlara səbəb olur. Xəstəliyin səbəbi tam aydınlaşdırılmamışdır. Əsas səbəb kimi kişi cinsiyyət hormonların çatışmamazlığı qeyd edilir. Ginekomastiya aşağıdakı səbəblərdən yarana bilər: qaraciyər sirrozu, bir çox orqanların onkoloji xəstəlikləri, ağciyər xəstəlikləri, qalxanvari vəzin xəstəlikləri, xayaların iltihabi xəstəlikləri, bir sıra dərmanlar ( mədə xorası xəstəliyinin müalicəsində istifadə olunan simetidin dərmanı), narkotiklərdən istifadə, anabolik steroidlər, piylənmə və s. Bir çox idmançılarda da ginekomastiya əmələ gələ bilər. Bunun səbəbi istifadə etdikləri hormonal maddələrdir. Belə ki, hormonların istifadəsini dayandırdıqdan sonra, qadın hormonlarına bənzəyən ara maddələr meydana çıxır. Bu ara maddələrin çoxlu miqdarda olması döşlərin böyüməsinə səbəb olur. Xəstəliyin səbəbi tapıldıqda uyğun müalicə aparılır. Çox vaxt dərman müalicəsi ginekomastiyanı aradan qaldırmır, mastektomiya əməliyyatı aparılır.

Kişilərdə böyüyən məmənin içərisində 2 toxuma olur: Məmə toxuması və piy toxuması. Buna bağlı olaraq ginekomastiyanın 3 növü ayırd edilir:

qlandulyar tip.
lipomatoz tip.
qarışıq tip.

Qlandulyar tipdə böyümə məmə toxuması hesabına olur. Lipomatoz tipdə böyümə yağ toxuması hesabına olur. Qarışıq tipdə isə böyümə hər iki toxumanın hesabına olur. Müraciət edən kişilərə bəzi müayinələr aparılır. Çünki, bəzən sadəcə dərman müalicəsi verməklə ginekomastiyanı müalicə etmək olar. Ginekomastiyası olan, amma başqa problemləri olmayan kişilərə hər yaşda əməliyyat icra oluna bilər. Əməliyyatdan əvvəl vəzin ultrasəs müayinəsi aparılır və vəzdə hansı toxumanın üstünlük təşkil etdiyi aşkarlanır. Bu əməliyyatın texnikasını seçməkdə vacib məqamdı. Belə ki, əgər piy toxuması üstünlük təşkil edərsə o zaman liposaksiya etməklə böyümüş məmə kiçildilir. Liposaksiya qapalı yolla 2 kiçik dəlikdən içəridə yerləşmiş piy toxumasının vakumla sorulub çıxarılmasıdır. Əgər, süd vəzi toxuması üstünlük təşkil edərsə, o zaman areola ətrafından aparılan kiçik kəsiklə şişkinliyə səbəb olan mövcud toxuma çıxarılır. Qarışıq tipdə liposaksiya edildikdən sonra aerola ətrafında kəsik aparılır və vəzi toxuması kəsilib götürülür.

Əməliyyat ümumi anesteziya ilə icra edilir və ortalama 1 saat çəkir. Yara üzərindəki sarğı 2 gün sonra açılır. 2-3 gün ərzində əməliyyat sahəsində həssaslıq olmağı normaldır. 3-5 gün sonra iş həyatınıza geri dönə bilərsiniz. Şişlərin çox hissəsi 1 ay içərisində keçəcək. Tam nəticə 6 ayın tamamında görsənəcək. Bu əməliyyatın nəticəsi ağır piylənmə olmazsa qalıcıdır. Əməliyyatdan 1 ay sonra idman etsəniz nəticəniz ideal olacaq.

Ağırlaşma. Bütün cərrahi əməliyyatlarda olduğu kimi bu əməliyyatın da anestezioliji risk, infeksiyalaşma, qanama, seroma kimi ağırlaşmaları ola bilər. Ağırlaşmalar həkiminizin dediyinə ciddi şəkildə riayət edəndə, minimal olur. Əməliyyatın nəticəsi, ilk gündən özünü göstərir.

Süd vəzilərinin deformasiyası. Vəzilərin deformasiyası çox vaxt keçirilmiş cərrahi əməliyyatdan sonra meydana çıxa bilər. Belə ki, onkoloji əməliyyatlar zamanı vəz ya tamamilə kəsilib çıxarılır (radikal mastektomiya), bəzən isə hissəvi kəsilir. Bundan başqa travmatik zədələr, irinli mastitlər və s. süd vəzilərinin deformasiyaslarına səbəb ola bilər. Radikal mastektomiya zamanı bir neçə etaplı əməliyyat aparılır. Süd vəzin altına espander yerləşdirilir. Bir neçə aydan sonra, dəri ehtiyatı əmələ gəlir və espander implantla əvəz edilir. Sonrakı mərhələdə gilə formalaşdırılır.

Digər deformasiyalar zamanı müxtəlif plastik əməliyyatlar tətbiq edilir.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 4 329
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri