Bu ilin estetik trendi hansılardır?

Müəllif: Diablo
Şərhlər: 3
Baxılıb: 972
Səs ver:
(səs: 0)
Bir zamanlar burun estetik əməliyyatları trend idi. 2020 –ci ildən isə bu kimi əməliyyatlarla yanaşı, qalıcı olmayan botoks və dolğular dəb oldu. 2021-ci il üz cizgilərinin çənə ilə uyğunlaşdırmaq üçün çənə əməliyyatları üstünlük təşkil edəcəyi gözlənilir. Bu cür müdaxilələrdə ağız, üz və diş anatomisinə diqqət edilməlidir.
Beləliklə, xarici KİV-ə istinadən 2021-ci ildə trend olacaq estetik əməliyyatları təqdim edirik:

Buxaq əməliyyatı
Buxaq təkcə artıq çəkidən əziyyət çəkən insanların problemi deyil. Burada yaşlılıq, genetik faktor da əsas rol oynayır. Qadın və kişiləri narahat edən buxaq sallanmasına bu il estetik əməliyyatlarla son veriləcəyi təxmin edilir. İllər öncə bu kimi problemləri aradan qaldırmaq üçün uzun müddətli xüsusi masajlar tətbiq olunurdu.

Dodaq dolğuları
Ötən illərdə olduğu kimi bu ildə dodaq dolğusu ön planda olacaq. Dodaqların həcmli görünməsi üçün edilən dolğular kiçik estetik müdaxilə sayılsa da, insanın üz cizgilərinin dəyişməsində əsas rol oynayır. Həcmdən başqa, dodağa şəkil, görünüş vermək bu il trend olacaq.

Botoks müdaxiləsi
Əvvəllər 40 yaşlı qadınların cavanlaşma seçimi olan botoks müdaxilələrinə artıq gənc qadınlar da müraciət edir. Botoksdan daha çox alında dərin qırışların aradan qaldırmaq və qaşların qaldırılması üçün istifadə olunur.

Bədən şəkilləndirmə
Bədən korreksiyası 2020-ci ilin sonu 2021-ci ilin əvvələrində yerli və dünya ulduzlarının ən çox elətdirdiyi əməliyytalar sırasındadı. İlin sonuna kimi bu cür estetik müdaxilələrə sadə insanların da müraciət edəcəyi gözlənilir.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 972
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri