Dartılmış alınlar, daha gənc üzlər üçün

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 3 994
Səs ver:
(səs: 2)
Bu estetik kimlərə edilir?
- Alınınızda düzəlməyən dərin üfüqi xəttlər varsa,
- İki qaşınızın arasında burnunuza doğru uzanan dərin şaquli bir və ya iki xətt meydana gəlmişsə,
- Qaşlarınız aşağısa və olması lazım olandan aşağı doğru dayanaraq yorğun və kədərli görünmənizi təmin edirsə,
Alın dartma əməliyyatı bu problemlərin düzəlməsini təmin edər. Qaşlar istənən nisbətdə dartıla bilər. Ümumiyyətlə bu müdaxilə çox dərinin alındığı və üzün orta və alt əzələlərinin möhkəmləşdirildiyi üz dartma əməliyyatı ilə birlikdə edilər. Üst göz qapağınız sallanmış və gözlərinin altında torbacıqlar meydana gəlmişsə, alın dartma əməliyyatının yanında göz ətrafı əməliyyatı da mütəxəssislər tərəfindən təklif edilər.
 
Estetik əməliyyat nə qədər çəkər?
Əvvəlcə plastik cərrah, siz müxtəlif mimikalar edərkən hər əzələnin hərəkətinə diqqət yetirərək alınınızı və üst göz qapağı bölgənizi araşdırar. Sonra qaşlarınızın aşağı olub olmaması, üst göz qapağınızdaki çox dəri miqdarı və saçlarınızın alının harandan başladığını da göz qarşısında tutaraq sizin üçün ən uyğun texnikasına qərar verər. Xəstələrin istəkləri də göz önünə alınaraq bəzi hadisələrdə ümumi anestezi bəzilərində isə lokal anestezi seçilər. Bu iki əməliyyat birlikdə, tək-tək və ya göz qapaqlarında sallanmalar olan xəstələrdə göz qapağı estetiği əməliyyatı və ya üz dartma (face lift) əməliyyatı ilə kombinə olaraq da tətbiq oluna bilər.

Əməliyyat sonrası nələr yaşanar?
Alın dartma əməliyyatı sonrası sizi narahat edəcək ölçüdə ağrı çox olmaz. Mövcud olan yüngül ağrı, normal ağrı kəsici dərmanlarla rahatlıqla dindirilə bilər. Yenə əməliyyatdan dərhal sonra sizi narahat etməyəcək, lakin ilk zamanlarda alışmaq üçün bir az zamana ehtiyacınızın olduğu tək hiss alın bölgənizdəki gərginlik hissidir. Alın dartma əməliyyatı olduqdan sonra göz ətrafı toxuması olduqca zəif olduğundan bu bölgədə təbii olaraq şişmə və göyərmə olar. Şişmə və göyərmə hər xəstədə mütləq ortaya çıxar, ancaq bunun dərəcəsi hər kəsdə olduqca dəyişən olar. İlk gün bu bölgəyə ediləcək buz tətbiqi ilə şişlik və göyərmələrin dərəcəsi nisbətən azaldıla bilər, ona görə heç olmasa gecə yatana qədər göz ətrafına buz qoymaqda fayda vardır. Əməliyyatı bitdikdən bir neçə saat sonra anestezinin təsirindən xilas olub da gücünüz, qüvvətiniz yerinə gəldiyində ayağa qalxıb gəzə bilərsiniz.
(səs: 2)
Şərhlər: 11
Baxılıb: 3 994
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri