Burun əməliyyatı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 825
Səs ver:
(səs: 2)
Estetik burun əməliyyatı və ya burna yenidən forma vermək, estetik cərrahiyə əməliyyatlarının ən çox tətbiq edilənidir. Bu əməliyyatlarda; burnunuz kiçildilə bilər və ya burun kəmərinin formasi dəyişdirilə bilər, burun dəliklərinizin genişliyi daraldıla bilər və ya burnunuzla üst dodağınız arasındakı məsafəni dəyişdirə bilərsiniz.

Eyni zamanda anadangəlmə və ya yaralanmalarla əlaqədar forma pozğunluqları düzəldilə bilər və ya nəfəs almağınızdakı bəzi problemlər aradan qaldırıla bilər.

Estetik burun əməliyyatı nə vaxt aparılmalıdır? Necə aparılır? Bu əməliyyatdan hansı nəticəni gözləyirsiniz?
Əgər bu əməliyyatla maraqlanırsınızsa; daha ətraflı məlumatları oxumalısınız və həkiminizlə məsləhətləşməlisiniz.

ESTETİK BURUN ƏMƏLİYYATI İLƏ MARAQLANIRSINIZSA
Estetik burun əməliyyatı (rinoplastika) və ya burna yeni forma verilməsi əməliyyatı, estetik cərrahi əməliyyatların ən məşhur olanıdır. Estetik burun əməliyyatı burnunuzu kiçildə bilər və ya böyüdə bilər, burun dəliklərinizin genişliyini darada bilər və ya burnunuzla üst dodağınız arasındakı məsafəni  dəyişdirə bilər. Eyni zamanda anadangəlmə və ya yaralanmalarla əlaqədar forma pozğunluqları düzəldilə bilər və ya nəfəs almağınızdakı bəzi problemlər aradan qaldırıla bilər.

Estetik burun əməliyyatı nə vaxt aparılmalıdır? Necə aparılır? Bu əməliyyatdan hansı nəticəni gözləyirsiniz?

Estetik burun əməliyyatıyla maralanırsınızsa, bu səhifədə bütün suallarınıza cavab tapa bilməyəcəksiniz. Anlamadığınız hər hansı bir şey olduğu zaman həkiminizdən soruşun.

ESTETİK BURUN ƏMƏLİYYATLARI ÜÇÜN ƏN UYĞUN HALLAR
Estetik burun əməliyyatı xarici görünüşünüzü gözəlləşdirə bilər və özünüzə olan güvəninizi artıra bilər. Ancaq bu o demək deyil ki, bu əməliyyatdan sonra üzünüz tamamilə sizin təsəvvür etdiyiniz formada olacaq və ətrafınızdakı insanlar sizə başqa cür davranacaq. Əməliyyat qərarını verməzdən əvvəl niyə əməliyyat olmaq istədiyinizi və bu əməliyyatdan nə gözlədiyinizi özünüzdən soruşun, diqqətlə düşünün və bunlar haqqında cərrahınızla danışın. Estetik burun əməliyyatı üçün ən uyğun xəstələr mükəmməllik deyil, xarici görünüşündə gözəlləşmək istəyənlər və daha müsbət dəyişikliklər gözləyənlərdir. Bir çox cərrah, yeniyetmə dövründə olan gənclərə, inkişaflarını tamamladıqdan sonra əməliyyat məsləhət görür. Bu gözləmə müddəti, qızlar üçün 14-15 yaş arası, oğlanlar üçün isə bir az daha gecdir. Əməliyyat qərarının ailəsi tərəfindən deyil, özünün qərar verdiyindən əmin olmaq üçün gənclərin sosial və ruhi uyğunluğunu diqqətə almaq lazımdır.

BÜTÜN CƏRRAHİ ƏMƏLİYYATLAR MÜƏYYƏN QƏDƏR RİSK DAŞIYIR
Estetik burun əməliyyatı təcrübəli bir estetik cərrah tərəfindən aparıldığı zaman əməliyyat sonrası ağırlaşmalar (istənməyən nəticələr) nadirdir və əsasən əhəmiyyətsizdir. Amma bütün bunlara baxmayaraq, hər zaman ağırlaşma riski vardır. Bunlara infeksiyalar, burun qanaxması və ya anesteziyaya qarşı bədənin gözlənilməyən reaksiyası aiddir. Əməliyyatdan sonra çatlamış kiçik damarlar, dəri səthində çox kiçik qırmızı nöqtələr kimi meydana çıxa bilər. Estetik burun əməliyyatı burnun içindən aparıldığına görə hər hansı görünən əməliyyat izi olmur. Amma açıq metoddan istifadə edildiyi zaman və ya geniş burun dəliklərinin daraldılacağı hallarda burun kökündə qalan çox kiçik və nazik izlər ola bilər ki, bunlar da görünməyəcək dərəcədə əhəmiyyətsizdir.

Hər 10 xəstədən təxminən birində ikinci əməliyyata ehtiyac ola bilər (məsələn kiçik forma pozğunluqlarını düzəltmək üçün). Belə vəziyyətləri əvvəlcədən bilmək mümkün deyil ve bu ən bacarıqlı və təcrübəli cərrahların əməliyyat etdiyi xəstələrin də başına gələ bilər. Düzəldici ikinci əməliyyat, əsasən daha sadə və kiçik əməliyyatdır.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 3 825
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri