Botoks haqqında maraqlı və təəcüblü FAKTLAR

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 2 662
Səs ver:
(səs: 1)
İnkişaf edən dünyada cavanlaşdırıcı botoks prosedurları haqqında eşitməyən insan çətin tapılar. Hətta üzündə botoks tətbiq etməyənlərin də ətrafında bu preparatdan istifadə təcrübəsi olan heç olmasa bir nəfər tapmaq mümkündür.
Botoks inyeksiyaları, yəqin ki, ən məşhur kosmotoloji prosedurdur. Buna baxmayaraq, çox az insan onun haqqında məlumatlıdır.

Qadinla.com bu yazıda oxuculara botoks haqqında maraqlı faktları təqdim edir.

1. Botoks ilk dəfə kolbasada aşkar edilmişdi
Hələ 1820-ci illərdə doktor Yustinus Kerner insanların kolbasadan niyə kütləvi zəhərlənməsinin səbəbini aydınlaşdırmağa çalışırdı. Həkimin araşdırması nəticəsində məlum oldu ki, zəhərlənmənin səbəbi botulotoksion adlandırılan maddədir. Latıncadan botulus xalq arasında "kolbasa" deməkdir.

2. Botulotoksinləri ilk dəfə hərbi həkimlər araşdırdı
Botoks zamanı vurulan maddə botulizm toksinidir. Bu toksin təsir etdiyi yerdəki sinirləri iflicə uğradır. Botulotoksinlərin hərəkət mexanizmi əzələlərdə eynidir: istər keyfiyyətsiz məhsullardan zəhərlənmə, istərsə də əzələyə daxil edilmiş dərman preparatı. Zəhər əzələyə sinir siqnalının ötürülməsini bloklayır və o, qabiliyyətini itirir. Məhz bu mexanizm hərbi həkimlərdə maraq oyadıb. Onlar bioloji silahın yaradılması və hərbi qulluqçuların botulizmdən müdafiəsini öyrəndilər, amma bu məqsədlər üçün ondan istifadə etməyə başlamadılar.

3. Tibbdə ilk dəfə botulotoksini oftalmoloqlar etdi
Onda bu preparat "Botoks" yox, "Okulinum" adlanırdı. Onu 1977-ci ildə amerikan oftalmoloqu Alan Skott blefarospazma müalicəsi üçün istifadə edib. Əməliyyat göz qapaqları ağrılı qapanan və pis açılan adamların üstündə həyata keçirilib. Oftalmologiyada botulotoksin tətbiqinin ideyası məhz Alan Skotta aid idi - o göz almasının ətrafında əzələləri zəiflətməyə icazə verirdi. Beləliklə də 1979-cu ildə botulotoksin ilk dəfə ticarət preparatı kimi buraxılmağa başlandı.

4. Botulotoksin müxtəlif adlar altında buraxılır
Botoks, disport, kseomin - Clostridium botulinum mikroorqanizmiylə istehsal edilən A tipidir. “Botox”u Amerikanın “Allergan” şirkəti buraxır, “Disport” İngiltərədə istehsal olunur, “Beaufour Ipsen International” isə fransız firmasıdır, “Xeomin” botoksuna görə almanların “Merz Aesthetics” şirkəti cavab verir. Məişətdə isə istənilən botulotoksin preparatlarına sadəcə botoks deyilir.

5. Mimik qırışların botoks vasitəsilə korreksiya imkanı təsadüfən aşkar edildi
Oftalmoloq Alister Karruters pasiyentlərin bleforaspazma müalicəsi üçün "Botoks"dan aktiv istifadə edirdi. Müalicə prosesindən sonra o, müşahidə edir ki, gözün dairəvi əzələsinə botulotoksin tətbiqi vaxtı yalnız göz qapaqlarının spazması getmir, həm də gözlərin künclərində "qazayağı" adlanan qırışlar yoxa çıxır. Onun dermatokosmetoloq xanımı Cin Karruters ərinin məsləhəti ilə mimik qırışların korreksiyası üçün bu preparatdan istifadə etməyə başlayır. Bununla da kosmetologiyada yeni era açılır.

6. Botoksu yalnız kosmetologiyada istifadə etmirlər
Botoksdan tibbin müxtəlif sahələrində geniş istifadə olunur, məsələn, onu sidikqaçırma müalicəsində də tətbiq edirlər. Gözlənilməzdir, elə deyilmi? Preparat sidik kisəsinin tonusunu korreksiya edir, buna görə də pasiyentlər problemdən qurtulurlar.
Botoksla qiperqidrozu (əl tərləməsi) da müalicə edirlər. Preparat dərinin altına, tər vəzilərinə daxil edilir və tərləməni stimullaşdıran sinirlərin siqnallarını müvəqqəti olaraq bloklayır. Nəticə təxminən yeddi-səkkiz ay davam edir.
Həmçinin botoks inyeksiyaları xroniki ağrıları, məsələn, boyun və çiyin ağrılarını əhəmiyyətli dərəcədə aşağı salır. Maddə müəyyən əzələlərə daxil edilir və lazımsız əzələ gərginliyinə səbəb olan xroniki ağrı siqnallarını bloklayır. Həmçinin miqren müalicəsində də botoksomdan istifadə edilir. Bu halda botulotoksin inyeksiyaları alın nahiyəsinə də tətbiq edilir, amma qırışların korreksiyası üçün nəzərdə tutulan nöqtələrə deyil.

7. Botoks dərhal təsir göstərmir
Botulotoksin inyeksiyalarını edən kəslər bilir ki, preparatın effekti fillerlərdən fərqli olaraq tətbiqindən sonra görünmür. Bir neçə gün gözləmək lazım olacaq.

8. Botoks filler deyil
Çoxları elə düşünür ki, botoksu dodaqlara vurmurlar. Filler bir qayda olaraq qialuron turşusundan ibarətdir və gel şəklindədir. O, dərin qırışlara dolur və ya həcm verir. Botoks isə yalnız əzələləri zəiflədir, o heç nəyi doldurmur və artırmır.

9. Botoks məhdudlaşdırılmış vaxtda hərəkət edir
Botoks inyeksiyasını bir dəfə və həmişəlik etmək olmaz. Yarım il sonra və ya bir az daha botulotoksin effekti itəcək, əzələlər yenidən zəifləməyə başlayacaq, odur ki, inyeksiyanı təkrarlamaq lazım olacaq. Həmişəlik həssaslığınızı itirəcəyinizə, qaşları tərpədə bilməyəcəyinizə görə qorxmaq lazım deyil, bir il sonra hər şey başlanğıc vəziyyətə qayıdacaq.

10. Bəzi hallarda botulotoksini uşaqlarda və yeniyetmələrdə tətbiq etmək olar
"Disport" və "Botoks"u iki yaşdan yuxarı uşaqlara təyin etmək olar. Məsələn, uşaq beyin iflici vaxtı əzələ spazmasının müalicəsində. Lakin qeyd etmək laızmdır ki, botulotoksin estetik əməliyyat məqsədilə bir qayda olaraq, ən azı 18 yaşdan sonra təyin edirlər.

11. Botoks allergiya doğura bilər
Botulotoksin özü yox, amma preparatda olan zülal birləşmələri allergiya doğura bilər. Əgər insanda heyvan zülalına qarşı allergiya varsa, böyük ehtimalla botoksda da allergiya yaranacaq. Botoksun zülalsız analoqu kseomindir.

12. Botoks hamıya eyni cür təsir etmir
Təxminən 100-də 1 insan botoksa reaksiya vermir. Bu, onunla bağlıdır ki, orqanizmdə anticismlər ola bilərlər, hansılar ki, botoks təsirini dezaktivasiya edirlər. Başqa sözlə, insanda botulotoksinə qarşı anadangəlmə immunitet ola bilər və onda ona preparatın inyeksiyaları təsir etməyəcək. Bəzən immunitet bir neçə botoks inyeksiyasından sonra inkişaf edir. Amma bu immunitet müvəqqətidir. Bu halda təxminən bir il botoks istifadəsindən çəkinmək lazımdır ki, toksinlərə qarşı həssaslıq qayıtsın.

13. Keyfiyyətsiz botoks inyeksiyalarına görə ən böyük kompensasiya 212 milyon dollar təşkil edib
“Allergan” şirkəti 67 yaşlı amerikalı Duqlas Reye görə 212 milyon dollar ziyana düşüb. O, əl tremorunun müalicəsi üçün preparatın inyeksiyasını etdirib. Tezliklə onun temperaturu qalxıb və səpgi əmələ gəlməyə başlayıb. Nəticədə xəstənin beyni zədələnib. Amerika federal məhkəməsi istehsalçını cərimə edərək vurulmuş zərərə görə, onları 12 milyon dollar, cərimə sanksiyaları kimi 200 milyon dollar ödəməyə məcbur edib.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 2 662
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri