Yeni il gecəsinin ulduzu olmaq üçün nə etməli?

Müəllif: Sweet Candy
Şərhlər: 3
Baxılıb: 2 419
Səs ver:
(səs: 0)
Şübhəsiz ki, yeni il gecəsi ilin ən əhəmiyyətli hadisələrindən biridir . İnanca görə yeni ilə necə qədəm qoysanız, bütün iliniz də elə keçər. Sizi o gecə həmişəkindən daha gözəl edəcək qüsursuz bir makiyaja sahib olmaq üçün məsləhətlərimizi tətbiq edə bilərsiniz.

1. İlk addımda vizajistlər üzün yaxşıca təmizlənməsinin vacib olduğunu vurğulayırlar. Təmiz bir dəriyə edəcəyiniz makiyaj, makiyajın daha hamar görünməsini təmin edəcək. Uzun zamandır üzünüzə peeling və maska etməmisinizsə, makiyaja başlamazdan əvvəl gün ərzində bunları etmənizdə fayda var…

2. Üzü təmizləyib nəmləndirdikdən sonra əsas işə başlaya bilərik. Bunun üçün dərinizin rənginə uyğun tonal krem seçməniz vacibdir. Dərinizin rəngində ola bilməyən bir tonal krem maska kimi dayanacağından istəməyəcəyiniz bir görünüşə səbəb ola bilər. Dəri rəngi və tipinə uyğun olan tonal krem süngər köməyiylə boyun daxil olmaqla tətbiq edin.

3. Tonal kreminin qurumasını bir neçə saniyə gözlədikdən sonra ikinci adıma yəni pudra tətbiqinə keçə bilərsiniz. Pudranın da yenə dəri rənginizə uyğun tonda olmasına diqqət edin.

4. Dərimizi makiyaja hazırladığımız kimi göz ətrafını da göz makiyajına hazırlamağımız lazımdır. Göz altındakı bənövşəyilik, torba, şişlik və s. azaltmaq, göz ətrafını hamar bir vəziyyətə gətirmək üçün korrektor tətbiq olunması şərtdir. Tətbiq edəcəyiniz korrektor qüsurları bağlayarkən, göz ətrafının daha işıqlı görünməsini təmin edəcək. Korrektoru barmaq uclarınıza sürtüb, ardından dairəvi hərəkətlərlə barmaqlarınızı çox basdırmadan göz ətrafınıza tətbiq etməlisiniz.

5. Göz makiyajı hazir hala gələnnən sonra gözə artıq ten tətbiq edə bilərsiniz. Fara rəngini paltarınıza uyğun seçə biləcəyiniz kimi, yeni il gecəsinin klassiyi olan hisə verilmiş və qara tonlarından da seçə bilərsiniz. Yeni il gecəsinin ruhunu yüngül parıltılı və metal faralarla baxışlarınızda əks etdirə bilərsiniz.

6. Gözlərinizi daha yaxşı vurğulamaq üçün üst göz qapağının bitimindən kirpik diblərinə qədər qalın qələmlə boyayın. Gözlərin üzərinə dəri rəngində göz kölgəsi çəkin.

7. Baxışlarınızı təəccüblü etmək istiyirsinizsə, daha dolğun və həcmli kirpiklərə sahib olmaq üçün tuş maskaradan sıx bir şəkildə istifadə etməniz şərtdir! Tuşdan istifadə edərkən kirpikləriniz daha dolğun görünməsi üçün sürtmə texnikası çox əhəmiyyətlidir. Kirpik üçün tuşu kirpik diblərinizdən başlayaraq uclara doğru hərəkət etdirsəniz daha müvəffəqiyyətli nəticə ala bilərsiniz.

8. Növbə üzünüzə işıltı və kölgə qatmağa gəldi. Bunun üçün bədəninizə uyğun ənlik tonlarınnan birini yanaqlarınızdan gicgahlarınıza doğru tətbiq edin. Xəttlərin çox iti olmamasına və aradakı keçişləri yumşaldaraq təmin etməyə cəhd göstərin.

9. Növbə son mərhələyə, yəni imzaya gəldi. Makiyajınızın imzası şübhəsiz pomadanız olacaq! Yeni ilin simvolu və bu mövsümün modası olan qırmızı şübhəsiz yeni il gecəsi sizə cazibədarlıq bəxş edecək. Dodaqlarınıza qırmızı pomada çəkməzdən əvvəl tonal krem çəkin. Bu zaman dodaq boyası uzun müddət qalacaq.

10. Artıq köhnə ili ən gözəl şəkildə yola salmağa, yeni ili ən gözəl şəkildə qarşılamağa hazırsınız!
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 419
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri