Kipriklərinizi uzadacaq sadə yöntəmlər

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 2 982
Səs ver:
(səs: 0)
KİRPİKLƏRİ GÜNDƏ İKİ DƏFƏ FIRÇALAYIN

Saçlarınıza etdiyiniz kimi kirpiklərizə də nizamlı bir baxım tətbiq edin. Bir kirpik fırçası və ya daraq istifadə edərək kirpikləri gündə iki dəfə fırçalayın. Kirpik fırçanız yoxsa təmiz bir tuş fırçası da istifadə edə bilərsiz.

E VİTAMİNİ TƏTBİQ EDİN

Fırçaya bir neçə damcı E vitamini yağı əlavə edin və ya bilavasitə kirpiyə üzərində tətbiq edin. E vitamini yağı, kirpik tökülməsinin qarşısını almağa köməkçi olarkən, gündəlik qayğıyla kirpikləri daha yumşaq və qalın görünməsini təmin edir.

ZEYTUN YAĞI KİRPİKLƏRİ GÜCLƏNDİRİR

Kirpiklərə zeytun yağı tətbiq edin. Zeytun yağı saçları möhkəmləndirmək və saç uzanmasını təşviq etmək üçün istifadə edilir. Bir pambığa bir neçə damcı zeytun yağı tökün və kirpiyin üzərinə sürün. Beş dəqiqə saxlayıb ilıq su ilə yaxalayın. Bunu dörd həftə ərzində və ya istənilən nəticə əldə edilənə qədər edin.

GECƏ YATMADAN VAZELİN TƏTBİQ EDİN

Vazelin saçların və kirpik uzanmasını təmin edir. Gecə yatmadan əvvəl kirpiklərinə vazelin tətbiq edin və səhərlər ilıq su ilə yaxalayın. Vazelin, E vitamini yoxsa yaxşı alternativdir. Vazelini kirpik fırçasına sürün və kirpikləri fırçalayın.

GÖZ MAKİYAJINI İNCƏ İNCƏ TƏMİZLƏYİN

Göz, kosmetikasının hamısını göz bölgəsindən, xüsusilə kirpiklərdən çıxarmağa diqqət göstərin. Hər hansı yaxşı bir göz makiyaj çıxarıcı bu işi görəcəkdir. Gözünüzü, kirpikləri və göz ətrafındakı həssas dərini qorumaq üçün göz makiyajı çıxararkən nəzakətli davranmağa diqqət göstərin.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 982
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri