Selülitdən necə xilas olmalı?

Müəllif: Lalə B.
Şərhlər: 2
Baxılıb: 2 868
Səs ver:
(səs: 0)
Xüsusilə, yaz və yay aylarında xanımlar selülitləri özlərinə kompleks edirlər. Selülit dəridə girintili-çıxıntılı portağal qabığına oxşayar görünüş yaranmasına səbəb olan hala deyilir. Dəri altındakı yağ birləşdirici toxumaya yaslanaraq selülit yaradır. Bundan əlavə, yaş keçdikcə dəri elastikliyini itirir və bu da selülitin artmasına və ya daha da çox görünməyinə səbəb olur.Selülitsiz bir bədən üçün sağlam qidalanma, bol hərəkət kifayət etmir. "Portağal qabığı" deyilən bu xoşagəlməz problemdən xilas olmaq üçün bəzi qaydaları bilmək lazımdır.

Həkimlər bildirir ki, çəkisindən asılı olmayaraq qadınların 85 %-i yeniyetməlik dövründən sonra selülitlə üzləşir. Yağın parçalanma forması, dərinin elastikliyi və yağın ayağın iç tərəfinə, qolların iç tərəfinə və sinəyə paylanması isə estrogen hormonu ilə əlaqədardır. Yəni selülit qadın bədəninin təbii bir parçasıdır. Selülit qorxulu, təhlükəli bir şey deyil. Və əslində təmamilə yox olan bir şey də deyil. Sadəcə müəyyən addımlarla görünüşünü azalda bilərsiniz. Evdə selülitin görünüşünü bir neçə üsul ilə azalda bilərsiniz.

Sağlam qidalanın
Bədəndə həddindən artıq yağ olanda görünüşdə də selülit artır. Bol-bol su için. Sağlam qidalanmaq həm də orqanizmdəki iltihablanmanı da təmizləyəcək. Beləcə selülitin görünüşü azalacaq.

İdman edin
Hərəkət edin. Yağları əridin, qan dövranını sürətləndirin və nəticədə dəri altındakı yağları azaldaraq selülit görünüşünü azaldın.

Masaj elətdirin
Elətdirə bilmirsinizsə gündəlik olaraq quru fırça ilə özünüz masaj edin. Selülit olan bölgədə qan dövranı sürətlənib, limfa sistemi tənzimlənəndə selülitin görünüşü də azalır.

Duşda skrablardan istifadə edin
Kofe skrabı selülitə qarşı kömək edə bilir. Ən əsası isə, qəbul edin ki, bu ayıb, zərərli bir şey deyil. Təbii bir parçamızdır. Sadaladığımız qaydalara riayət edərək bunu azlada və istədiyiniz görünüşə sahib ola bilərsiniz.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 868
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri