Döşlərin dik qalması üçün məsləhətlər

Müəllif: Lalə B.
Şərhlər: 2
Baxılıb: 4 762
Səs ver:
(səs: 0)
Döşlərinizə buz kompresi edin
Bu fikir qulağa çox xoş gəlməyə bilər. Ancaq buzla kompres döşlərin dik qalmasına kömək edir. Əgər bunu etməyə çətinlik çəkirsinizsə, soyuq su ilə duş almağa çalışın.

Çiyinləriniz daim dik olmalıdır
Çiyinlərinizi daima düz saxlamağa çalışın. Bu, həm çiyin əzələləriniz, həm də sinənizin düz, döşlərinizin dik qalması üçün olduqca əhəmiyyətlidir.

Döşləri sıxan paltar geyinməyin
Dar büsthalter vaxt keçdikcə döşlərin formasının pozulmasına səbəb olur. Döşlərinizi görünüş olaraq möhkəm və seksual göstərən büsthalterlər sinə sağlamlığı baxımından çox zərərlidir. Bu tip geyimlər qan dövranını yavaşladır, müəyyən bir dövrdən sonra döşlərin sallanmasına səbəb olur.

İdman edin
Kəskin və sərt hərəkətlər döşlərə zərər verir. Daha çox aerobika və yumşaq hərəkətlərlə edilən idmanlara üstünlük verin. Ancaq idman edərkən və ya qaçarkən mütləq idman büsthalteri geyinin.

Günəşdən qorunun
Günəş kremi istifadə etmədən günəşə çıxmayın. Qoruyucu krem çəkmədən günəşə çıxmaq zamanla sinənizdə elastikliyin itməsinə səbəb olar.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 4 762
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri