Dodaqları dolğunlaşdıran 3 ən təsirli maska

Müəllif: Lalə B.
Şərhlər: 3
Baxılıb: 4 082
Səs ver:
(səs: 0)
Təbii üsullarla daha dolğun və gözəl dodaqlara sahib ola bilərsiniz. Beləliklə, ev şəraitində hazırlaya biləcəyiniz dodaq dolğunlaşdırıcı maskaları təqdim edirik:

İstiot maskası
2 çay qaşığı qırmızı istiot ilə 1 çay qaşığı suyu və 1 çay qaşığı qara istiotu qarışdırın. Maskanı dodaqlara çəkib 10 dəqiqə gözləyin. Sonra dodaqları soyuq su ilə təmizləyin. Bu maskanı həftədə 2-3 dəfə çəkə bilərsiniz.

Vazelin maskası
Yarım çay qaşığı qırmızı istiot ilə yarım çay qaşığı darçını qarışdırın. Üzərinə 1 xörək qaşığı vazelin, 3 damcı nanə yağı əlavə edin. Maskanı dodaqlarınıza çəkin. Dodaqlarda qıcıqlanma və yanma hiss ediləcək. Dözə bilmədiyiniz səviyyəyə gələndə soyuq su ilə yuyun. Maskanı 5 dəqiqədən artıq saxlamaq məsləhət deyil. Maska 3 gündən bir çəkilməlidir.

E vitamini maskası
5 damcı darçın yarpağı yağı ilə 5 xörək qaşığı zeytun yağını və 1 ədəd ampulanın içindəki E vitaminini qarışdırın. Maskanı 3 dəqiqə soyuq yerdə saxlayın. Bu maskanı gecələr çəkmək məsləhətdir. Maskanı yuyub təmizləməyə ehtiyac yoxdur.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 4 082
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri