Kirpik gözümüzü xarici təsirlərdən qorumağımıza kömək edir. Lakin onların uzunluğu, sıxlığı da insana görə dəyişir. Bəzi insanların kirpikləri daha uzun və həcmli olsa da, bəzilərində incə və qısa ola bilir. Həcmli, uzun, sıx kirpiklər demək olar ki, hər qadının xəyalıdır. Bu səbəbdən də incə və qısa kirpiyə malik qadınlar onların uzanıb qalınlaşması üçün bir çox vasitələrə əl atırlar. Lakin bunun üçün istifadə olunan bahalı vasitələr, saxta kirpiklər bəzən kirpiklərə zərər verir. Maraqlıdır, təbii vasitələrdən hansıları kirpiklərimizə zərər vermədən daha güclü, həcmli etməyimizə kömək edir? Evdəki vasitələrlə kirpikləri uzatmağın üsullarını araşdırıb.
1. Zeytun yağı Bir ədəd kirpik fırçası, ya da pambıq vasitəsi ilə bir neçə damcı zeytun yağını diqqətli və yavaş halda kirpiklərinizə çəkin. Vurduğunuz zeytun yağını 5 dəqiqə kirpiklərinizdə saxladıqdan sonra ilıq su ilə yuyun. Ya da gecə yatmadan əvvəl zeytun yağını kirpiklərinizə vurub yata bilərsiz. Bu üsulu 2 həftə yoxladıqdan sonra nəticə əldə edə bilərsiz.
2. Fındıq yağı Hər gecə bir ədəd fırçanın köməyi ilə kirpiklərinizə fındıq yağı çəkin. Bir neçə həftəyə nəticəni görəcəksiz.
3. Vazelin Vazelin kirpiklərin daha uzun və həcmli görünməyinə kömək edən vasitələrdən biridir. Bundan əlavə göz qabağınızdakı dərini daha canlı göstərər. Fırçanın köməyi, ya da əlinizlə vazelini kirpiklərinizə vurun. Bu prosesi gecə yatmadan əvvəl etsəniz, daha tez nəticə əldə edəcəksiniz. Səhər kirpiklərinizdəki vazelini yuyun. Əgər vazelinin kirpiklərinizdən tam çıxmadığını hiss etsəniz, makiyaj siləndən istifadə edə bilərsiz.
4. Badam yağı Badam yağı qaş və kirpiklərdəki qan dövranını sürətləndirir və daha tez uzanmaqlarına kömək edir. Heç bir əks təsiri olmayan badam yağını yatmadan əvvəl kirpiklərinizə vurun və səhər oyandıqda ilıq su ilə yuyun.
5. Uşaq pudrası Kirpiklərinizin daha çox, həcmli görünməsini istəyirsinizsə makiyaj etmədən əvvəl kirpiklərinizə uşaq pudrası vurun. Bu proses üçün qulaq çöpündən istifadə edə bilərsiz.