Göz ətrafındakı qırışları bununla azaldın

Müəllif: Diablo
Şərhlər: 2
Baxılıb: 1056
Səs ver:
(səs: 0)
Xanımları ən çox gözətrafı qırışlar narahat edir. Bu qırışlar erkən yaşda başlayır və onların aradan qaldırılması çox çətindir. Hətta kosmetoloqlar belə bu qırışları aradan qaldıra bilmir. Ona görə də, göz ətrafında xoşagəlməz halların yaranmasının qarşısını erkən yaşdan almaq lazımdır.
Qadınla.Com xəbər verir ki, evdə hazırladığınız maskalarla göz ətrafını daim nəm saxlaya bilərsiniz.
Gün ərzində heç fərqində olmadan etdiyimiz mimiki hərəkətlər qırışların yaranmasına səbəb olur. İlk növbədə danışa, gülərkən az mimiki hərəkətlər edin. Gün ərzində ən az 8 saat yatın.
Aloe tərkibli göz kremi istifadə edin. Bu kremi barmaq uclarınızla masaj edərək dəriyə yedirtməyə çalışın.
Çay qaşığını soyuducuya qoyun. Soyuduqdan sonra qaşığın arxa hissəsi ilə göz ətrafına kompres qoyun. Bununla 5 dəqiqə masaj etməyiniz yetərlidir.
Qaşıqla yanaşı soyuducuda saxladığınız xiyarı da istifadə edə bilərsiniz. Paket çayı dəmləyib soyuducuda saxlayıb gözaltına kompres etmək də məsləhətdir.
Gül suyundan hazırladığını kiçik buzları gözətrafınıza çəkin. Bu da gözaltı şişkinlikləri, torbaları götürəcək.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1056
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri