Orqanik Yağların Dərimizə Təsirləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 4 130
Səs ver:
(səs: 1)
Orqanik yağların dərimizə təsirləri
Orqanik baxım yağları, bitkilərin soyuq pres yoluyla əldə edilən yağlayarının saf halında istifadə edilməsidir. Könül rahatlığı ilə istifadə edə biləcəyiniz 100%orqanik yağlar ilə rahatlayın, baxım edin, dincləşin, masaj edin və gündən günə daha yaxşı bir dəriyə qovuşmanın xoşbəxtliyini yaşayın.
Orqanik yağları həm dərinizin baxımı üçün həm də masaj yağı olaraq istifadə edə bilərsiniz. Bitkilərdən gələn təbii safı dəri baxımında təsirli olaraq istifadə edə bilər ya da sabit yağları esansiyel yağlarla qarışdıraraq masaj yoluyla faydalana bilərsiniz.

Orqanik baxım yağları - sabit yağlar
Argan yağı
Orqanik argan nüvəsi yağı xüsusilə doymamış yağ turşuları (omeqa 6 və 9) və E Vitamin tərəfindən çox zəngin məzmununun anti oksidan və yeniləyici xüsusiyyətləriylə mat və çox quru cildlər üçün yaxşı bir kosmetik baxım məhsuludur. Yeniləyici xüsusiyyəti ilə dərinizin yaşlanmasını maneə törətməyə köməkçi olar. Saçlara tətbiq olunduğunda qurumuş, kövrək saçları nəmləndirər, gücləndirər və parlaqlığına geri qovuşdurar.

Şirin badam yağı
Həssas və narın dərilər üçün idealdır. Orqanik badam yağı A və E vitaminləri ilə zəngindir. Dərinizi bəsləyər, yumşaldar və rahatladar. Çatlaq meydana gəlməsininin qarşısını alır. Quru və mat saçları canlandırar. Xüsusilə həssas və quru dərilər və körpələr üçün uyğundur. Makiyaj təmizliyi üçün də istifadə edilə bilər.

Jojoba yağı
Bütün dəri tipləri və saç tipləri üçün tarazlıqlayıcıdır. Quru dəriləri nəmləndirər, yumşaldar və canlandırar. Yağlı dərilərdə sebum ifraz olunmasını təmin edərək akne meydana gəlməsini önləyər. Bütün saç tipləri üçün canlılıq və parlaqlıq verər. Yağlı saçların yağlılığını tarazlayar, quru və kövrək saçları bəsləyər.

Orqanik masaj yağları
Masaj yağı kimi istifadə etdikdə əzələ və oynaq rahatlaşdırıcı kimi təsirlidir.
Wintergreen və Ardıç ağacından əldə edilən esansiyel yağları, kafur və terebentin kimi təbii komponentlərdən ibarət olan bu qarışıq masajla tətbiq olunduqda rahatlaşdıraraq bədəninizdəki bütün gərginliyi götürər və yatırar.

Bindebirlik otu(Sarı Kantaron) kimi sabit yağlayar və E Vitamini ilə zənginləşdirilmiş düsturu ilə dərinizi bəsləyər, qoruyar və dərinizə canlılıq verər.

Diqqətlə seçilmiş turunc yarpağı, portağal, gül ağacı və ətirşah esansiyel yağlayarının xoş qoxusu ilə rahatlıq verər, dərinizi nəmləndirər, yumşaldar. Ərik, jojoba yağları və E Vitamini ilə zənginləşdirilmiş tərkibi ilə dərinizi bəsləyər və qoruyar. Baryer meydana gətirərək nəm itkisini önləyər. Masaj sonrası rahat yatmanızı təmin edər.

Portağal, lavandin, turunc yarpağı və çobanyastığı kimi bitkilərin esansiyel yağlarından yaradılan bu qarışıq dərinizi rahatlaşdırar və sakitləşdirər. Ərik, jojoba yağları və E Vitamini ilə zənginləşdirilmiş yağ sayəsində dərinizi bəsləyər, rahatlaşdırar və qoruyar. Masajla sonrasında rahatlaşdırar.

Yağlardan istifadə şəkli: bütün bədəninizə bolca tətbiq edərək masaj və ya dəri baxımı üçün istifadə edə bilərsiniz. İstifadədən dərhal sonra günəş vannası qəbul etməyin.
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 4 130
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri