5 addımda möcüzəvi qıçlara sahib olun

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 6 987
Səs ver:
(səs: 5)
Yay mövsümünün gəlməsiylə mini ətək və şortlar da qardirobdakı yerini aldı. Ən sevdiyiniz paltarlarınızın içində gözəl qıçlarınızla göz qamaşdırmaq istəyirsinizsə bu təklifləri tətbiq edin!
 
Badam yağı
Hər duşdan sonra qıçlarınıza badam yağı ilə masaj edə bilərsiniz. Beləliklə təbii bir şəkildə qıçlarınıza dərininə nəmlilik qazandıra bilərsiniz. Badam yağı dərinizi nəmləndirməklə kifayətlənməz, eyni zamanda yorğun qıçlarınızın ağrısını yüngülləşdirməyə və ayaqlarınızın şişliyini azaltmağa köməkçi olar.

Alma sirkəsi
Qıçlarınızda pis bir görünüş varsa, bu istənməyən görünüşün önünə keçə bilərsiniz. Bir bez parçasını bir miqdar alma sirkəsiylə isladıb, çıxan damarların çox olduğu bölgənin ətrafına qoya bilərsiniz. Qıçlarınızı yuxarı qaldırıb bir saat boyunca istirahət etməlisiniz. Beləcə qıçlarınızdakı qan dövranınızı sürətləndirmiş olarsınız. Ardından ilıq bir suyla duş ala bilərsiniz.

Fırçalı masaj
Sərt tüklü bir fırça alıb, masaj edər kimi, ayaqlarınızdan başlayaraq yuxarıya doğru bütün qıçlarınızı fırçalayın. Xüsusilə selülitə meylli bölgələrə cəmlənə bilərsiniz. Bu əməliyyat, qan dövranını artıraraq, selülit görünüşünün də azalmasını təmin edər.

Xiyar
Hər gün bir xiyar yemək, ayaq biləyi və baldırlardakı şişliyi azaltmağa kömək edər. Həm də yüngül dərəcədə sidik çökdürücü təsiri olduğundan bədəndəki duzların atılmasını təmin edər. Təbii, ləzzətli və qida dəyəri yüksək xiyar, dəri baxımı müalicəsinə də möhtəşəm bir qatqı təmin edər.

Karbonat
4 xörək qaşığı karbonatı isti suyla qarışdırıb, həftədə bir dəfə yavaş şəkildə masaj edərək qıçlarınıza gözə gün bəxş etmiş olarsınız. Bu baxım tük dönmələrinə maneə törədərək, qıçlarınızın sağlam və hamar görünməsini təmin etməklə yanaşı, eyni zamanda ipək bir hiss də qazandıracaq.

/Mənbə: Qadınlar.biz/
(səs: 5)
Şərhlər: 4
Baxılıb: 6 987
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri