Bütün qadınların arzusu
olan hamiləlik həm də qadın orqanizması üçün ağır yük olduğu üçün bu
dönəmdə qadının xarici görünüşündə və daxilində bir çox dəyişikliklər
baş verir.
Qadınlar.Biz xəbər verir ki, hamiləlik zamanı qadın
çəki yığır, döşlərinə süd gəlir, doğuşdan sonra isə süd vəzləri böyüyür
və döşlər daha da ağırlaşmağa başlayır.
Bu zaman təbii ki əsas
yük döş nahiyyəsində olan dəriyə düşür. Dəri dartılır və çatlar əmələ
gəlməyə başlayır. Dəridə yaranan striyalar ağ, qırmızı, bənövşəyi rəngdə
olur.
Dəridə çatların əmələ gəlməsinə digər səbəb çəkinin artıb
azalmasıdır. Bu halların qarşısını almaq üçün bir neçə üsuldan istifadə
edə bilərsiniz.
İlk növbədə zeytun yağını çatların əmələ gələ
biləcəyi hissələrə yeritməkdir. Bundan əlavə hamiləlik zamanı üzgüçülüyə
və ya idman salonuna getməyiniz çatların qarşısını almaqda kömək edə
bilər. Kontrast duş qəbul etmək həmçinin dəri üçün faydalıdır. Digər
faydalı üsullara kəsmik maskası, döşün çobanyastığı dəmləməsi ilə
yuyulması və masaj aiddir.
Doğuş sonrası çatlarla mübarizə daha
çətindir. Çatlar sonradan yox olmur, sadəcə rəngi açılır və siz
qaralanda onlar daha da çox nəzərə çarpır. Onları aradan qaldırmaq üçün
xüsusi inyeksiyalardan, müalicəvi maskalardan, kapsula, pəhriz və
dərinin elastikliyini artıran kremlərdən, əməliyyatlardan istifadə
edirlər.
Müasir tibb çatlar olan dərini kəsib aradan götürür. Bu
problemi həll etmək üçün istifadə edəcəyiniz dərman preparatlarını
mütləq həkiminizlə məsləhət edin.