Yeni il üçün yenilənin

Müəllif: Pure Love
Şərhlər: 11
Baxılıb: 2 849
Səs ver:
(səs: 0)
Qidalanma
Bu gündən etibarən, bu məşhur dörd ağı həyatınızdan çıxartmanız həm yeni ilə yeni vərdişlərlə girmənizi həm də yeni il üçün seçdiyiniz geyimin üzərinizdə daha yaxşı dayanmasını təmin edər. Onların nə olduğunu bilirsiniz təbii ki : un, şəkər, duz və yağ. Çox qısa bir müddət içində özünüzü yüngülləşmiş hiss etdiyinizi görəcəksiniz. Ayrıca, süfrə duzu yerinə bərk duz istifadə etmək və  apteklərdə asanlıqla tapa biləcəyiniz yosundan hər gün bir miqdar qəbul etmək bədəninizin su tutmasını maneə törədəcək.
Hərəkət
Yeni ildə daha çox məşq etmək istəyirsinizsə, özünüzə ciddi bir idman proqramı hazırlamanızda fayda var. Amma indidən, hər gün bir az getmək və pilləkən çıxmaqla işə başlaya bilərsiniz. İnsana ilk baxışda qeyri-kafi və təsirsiz kimi görünən bu tədbirlər sizi daha möhkəm bir məşq proqramına hazırlayar. Ayrıca, rəqs etməyi unutmayın. Bunun üçün rəqs dərsi almanıza ya da gecə bir yerə çıxmanıza ehtiyac yoxdur. Evinizdə də çox yaxşı rəqs edə bilərsiniz. Unutmayın, rəqs yalnız əzələləri işlətməklə qalmaz eyni zamanda insana xoşbəxtlik verər, bu da sizi gözəlləşdirər. Onsuz da gözəlliyi də xoşbəxt olmaq üçün istəmirsinizmi? 
Dəri baxımı
Yeni il axşamı dərinizin işıldamasını istəyirsinizsə, indidən nizamlı baxım etməyə başlayın. Hər gün dəri baxımı etmək, yəni makiyajınızı gecə silib gündüz göz kremlərinizi çəkmək dərinizin yaşlanmasını gecikdirmək baxımından çox əhəmiyyətlidir. Əgər bundan başqa həftəlik baxım etmə adətiniz yoxsa buna dərhal başlayın. Bu iki həftə boyunca tətbiq edəcəyiniz buxar duşu, peeling və nəmləndirici maskanın dərinizdə edəcəyi dəyişiklikləri yeni il gecəsi fərq edərsiniz. Bazarda bir çox peeling və nəmləndirici maska var. Əgər məsamələriniz genişsə bunun üçün də ayrıca bir maska istifadə etmənizi təklif edərik. Evdə tətbiq edəcəyiniz baxımla kifayətlənmək istəmirsinizsə, bir çox gözəllik mərkəzi də dəri baxımı edir. Hərdənbir etdirəcəyiniz bu cür əməliyyatların heç bir zaman gündəlik baxımın yerini tuta bilməyəcəyini xatırladaq.
Saç baxımı
Saçlarınız baxımsızsa və baxım etdirməyi və ya etməyi düşünürsünüzsə bunun üçün də önümüzdəki həftəni seçmənizdə fayda var. Bəzən baxım əməliyyatından sonrakı bir neçə yuma boyunca saçlar köhnəsinə görə bir az daha yağlı və ağır ola bilir. Buna görə baxımı yeni ilindən bir həftə əvvəl etdirmək, o gecə feninizin  tez dağılmasına ya da toppuzunuzun cansız görünməsinə maneə törədəcək. Əgər yeni il üçün saçınıza bu zamana qədər tətbiq etmədiyiniz fərqli bir seqment sınağı düşünürsünüzsə bunu da indidən etdirmək ağıllıca olar.
Və detallar
Salonda etdirəcəyiniz manikür - pedikür kimi digər əməliyyatlar üçün də bir neçə gün əvvəlini seçin. Əgər bunlar üçün bərbərə getməyib özünüz edirsinizsə belə bu işləri son günə buraxmayın, iki ayağınız bir başmağa girincə heç bir şey yolunda getməz. Son gün lakınızı yeniləmək  kafi olacaq. O günü təlaşlı deyil də dinclik içində keçirsəniz, uzun sürəcək yeni il gecəsini daha stirahət etmiş və dolayısilə daha sakit qarşılayarsınız. Bu da sizə bərbərdə keçirəcəyiniz uzun saatlardan və hər növ qaç-qovdan daha çox cazibə qatacaq. Hər yeni il yeni bir həyatın deyilsə belə yeni bir ilin başlanğıcıdır. Özünüzü daha gözəl və cazibədar hiss etmək gözəl bir ilin də başlanğıcı ola bilər bəlkə.

/Mənbə: Qadınlar.biz/
(səs: 0)
Şərhlər: 11
Baxılıb: 2 849
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri