Qış baxımı ilə ayaqlarınızı yaza hazırlayın

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 4 803
Səs ver:
(səs: 2)
Evdə edəcəyiniz sadə baxımlar ilə ayaqlarınızı yumşaq tuta bilərsiniz!

Xüsusilə qış aylarında davamlı ayaqqabı və corabla sıxışan ayaqların baxıma daha çox ehtiyacı var. Ayaqdakı hər bir nöqtənin bir orqanı təmsil etdiyindən hərəkətlə ayağınıza yaxşı baxmaq bir çox orqanınız üçün də əhəmiyyət ifadə edir. Qış aylarının ən böyük problemlərindən biri quruyan, susuz qalmış və çatlama təhlükəsiylə qarşı-qarşıya qalan ayaqlar olur. Həftədə bir dəfə mütləq ayaq baxımı etmək lazımdır.
Ayaq baxımında istifadə edəcəyiniz təbii reseptlər:
 
 
Ayaq duşu

    1 limonun suyu
    ¼ çay qaşığı darçın tozu
    2 yemək qaşığı zeytun yağı
    ¼ su stəkanı süd
    Su

Ayaqlarınızın rahatca girəcəyi bir ləyəni isti suyla doldurun və içinə limon suyunu, darçını, zeytun yağını və südü tökün. Yaxşıca qarışdırın. Ayaqlarınızı ləyənin içinə salın və 10-15 dəqiqə gözləyin. Daha sonra sabunla yuyub dəsmal köməyiylə qurulayın. Ardıyca krem sürtün.
 
 
Ayaq kremi

    1 yemək qaşığı badam yağı
    1 çay qaşığı zeytun yağı
    1 çay qaşığı buğda toxumu yağı
    12 damla evkalipt essensiyal yağı

Kremı tünd rəngli şüşədə saxlayın (kremi işıqdan qorumaq, pozulmasını maneə törətmək üçün)
(səs: 2)
Şərhlər: 9
Baxılıb: 4 803
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri