Maska və losyonların tətbiq olunması

Müəllif: Narın Yağış
Şərhlər: 5
Baxılıb: 2 397
Səs ver:
(səs: 1)
1. Özünüzə səssiz bir zaman və yer tapın. Saçınıza bant yerləşdirin və makiyajınızı tamamilə çıxarın. Dərinizi bitki mənşəli çaylar, sulu bitki mənşəli həll və ya sadə təmizləmə reseptləri istifadə edərək diqqətlicə təmizləyin.
2. Masajla ya da aynada qorxuducu üzlər edərək üz əzələlərinizi boşaldın .
3. Üzünüzü 1-2 dəqiqə isti su qabının üstündə, buxara verin. İki dəqiqə isti kompres tətbiq edin. Beləcə dəriniz açılar, maska ​​daha dərinə nüfuz edə bilər.
4. Maskanı barmaqlarınız və ya pambıqla , göz dairələri xaric, bütün üz dərinizə tətbiq edin. Meyvə və ya yumurta maskaları , ümumiyyətlə çox mayedir. İkinci qatı bir neçə dəqiqə sonra , ilk qat bir az quruduğunda tətbiq edin.
5. Maskanı təmizləmə vaxtı gələnə qədər üzünüzü hərəkət etdirməyin.
6. Maskanı, alından aşağıya doğru, gözə heç bir şeyin dəymədiyindən əmin olaraq çıxarın. Yüngül meyvə maskaları pambıqla asanca çıxar. Gil maskalarını gili yumşaltmaq üçün əvvəl üzü durulamaq lazım olacaq.
7. Məsamələri bağlamaq üçün uyğun yerlərə sulu bitki mənşəli məhlullar, sprey və ya pambıqla və ya barmaqla yüngülcə vuraraq tətbiq edin.
8. Bir çox metal, gil, meyvə və ya tərəvəz suları təmas etdiyində qablar paslanır. Bu səbəblə metal qarışdırma qabları , qaşıq və ya spatula istifadə etməyin. Maska içində ilıq su istifadə edilə bilər, ancaq qarışığı qızdırmayın. Maskaların, istifadədən dərhal əvvəl hazırlanması, ən yaxşısıdır.
 
/Mənbə.Qadınlar.biz/
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 397
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri