Candie Swanepoelin evdə tətbiq etdiyi gözəllik sirləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 3 539
Səs ver:
(səs: 1)
Victoria's Secretin ən seksual mələyi Candie Swanepoel şanslı genlərə sahib olması ilə yaaşı özünə baxmağı da laqeyd yanaşmır!
Candie Swanepoelin ışıltılı saçlarının və qüsursuz dərisinin  sirri sizi maraqlandırmır?
Keçdiyimiz günlərdə Maxim jurnalı tərəfindən dünyanın ən seksual qadını seçilən Candie Swanepoel davamlı olaraq istifadə etdiyi təbii gözəllik vəsaitlərini pərəstişkarlarıyla paylaşdı.

Parlaq saçlar
Limon suyu, hindqozu yağı və buzlu su Candie Swanepoelin asılısı olduğu evdə hazırladığı gözəllik vəsaitləridir.
Hindqozu yağını saçına və bədəninə tətbiq etdiyini deyən model, bu yağı saçdan çıxarmanın bir az çətin olduğunu etiraf etsə də saçlarının yumuşaq olduğunu deyir.


Dəri gözəlliyi
Dəri təmizliyində isə limon suyu istifadə etdiyini ifadə edən Swanepoel, limon suyunun istifadə etdiyi ən təsirli tonik olduğunu bildirir. Limon suyu ehtiva etdiyi C vitamini və antioksidanlarla dərinizi işıqlandıran təbii bir tonikdir. Təbii bir dəri möhkəmləşdirici funksiyası yerinə yetirən limon suyu dərinizin ph tarazlığını nizamlar və məsamələrinizi kiçildər. Limon suyunu tonik olaraq istifadə etmək istəyirsinizsə mütləq təzə limon istifadə etməyə diqqət edin və əgər həssas bir dəriyə sahibsinizsə limon suyuna bir az içməli suyu qarışdıraraq  dərinizə tətbiqinizdə fayda var.


Gözəl gözlər
Candie Swanepoel, səhər yataqdan qalxdığında gözlərindəki şişlikləri buz kimi soyuq suyla aradan qaldırdığını bildirir.
Bir parça buzu gözlərinizin ətrafında gəzdirə bilər ya da səhər oyandığınızda üzünüzü soyuq suyla yuya bilərsiniz.
Swanepoel, qüsursuz dərisini soyuq suyla etdiyi səhər təmizliyinə borclu olduğunu deyir.

(səs: 1)
Şərhlər: 6
Baxılıb: 3 539
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri