Vəsaitlər
1 çay qaşığı badam yağı
1 çay qaşığı gənəgərçək yağı
1çay qaşığı sarımsaq yağı
Hazırlanması və tətbiqi:
Bütün vəsaitlər qarışdırılır. Qaşlar tərsinə bir neçə dəfə fırçalanır.
Qarışıq pambıqlı çubuq ilə qaşlara tərsinə basdıra-basdıra istifadə olunur.
1 həftə içərisində canlanmanı hiss edəcəksiniz.Maska qaşlara tam hopdiqsan sonra yuya bilərsiz.
Saçların uzanması və sağlam olması üçün
Vəsaitlər
1 çay qaşığı gənəgərçək yağı
1 çay qaşığı sarımsaq yağı
1 çay qaşığı badam yağı
1 xörək qaşığı bal
Hazırlanması və tətbiqi:
Yuxarıdakı vəsaitləri qarışdırıb, saç dibinə sürtün.
İki saat gözlətdikdən sonra saçınızı durulayın.
Beş ədəd aspirin döyüb, mineral su ilə qarışdırın.
Qarışığı saç dibinə sürtün və 15 dəq. sonra durulayın.
Buğda dənələrini əzib, suyunu çıxarın.
Bu suya zeytun yağı əlavə edib, saç diblərinizə çəkin və masaj edin.
Beləcə saçınızın güclü və qüvvətli çıxmasını təmin etmiş olarsınız.
Saçınız tökülürsə 20 qram çörəkotunu üyüdüb, 20 qram küncüt yağı və 10 ədəd dəfnə yağı ilə qarışdırın.
Saçın dibinə çəkib bir dəsmalla bağlayaraq iki saat saxlayın, sonra yuyun.
Üz dərisindəki rəng solğunluğu üçün
Vəsaitlər
2 yemək qaşığı bal
1 çay qaşığı alma sirkəsi
Yarım çay qaşığı badam yağı
Qeyd: Maskaların hər biri sınanmış vasitədir. Xanımlar ,istifadə etməmişdən əvvəl mütləq sınaq edin.
Vasitələrin hər hansı birinə allergiyanız varsa istifadə etməniz qəti məsləhət deyil.
Saç üçün maskaları saç dibinə qızarıncayadək masaj edərək tətbiq edin və ilıq su ilə yaxalayın,bu məsləhətləri etmək zəruridir...