Şokoladla gələn gözəllik

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 3 905
Səs ver:
(səs: 1)
Şokolad şərab kimidir
Yaxşı bir şokolad qədəhdə bir şəraba bənzəyir. Saf qara şokoladda bol miqdarda polifenoller, maqnezium, potasium, fosfor və E vitamini var. Bəzi araşdırmalar zamanı qara şokoladın tərkibindəki antioksidanların daha güclü olduğu açıqlanıb. Polifenollar zərərli xolesterolu azaltmağa kömək edən antioksidandır.
 
40 qr qara şokoladın tərkibindəki polifennol miqdarı bir qədəh şərabın tərkibindəki polifenolla eynidir.
 
Kakao yağı dərini yumşaldır. Həqiqətən yaxşı bir nəmləndiricidir. Kakaodakı zəngin antioksidanlar dəri proteinlərini bəsləyir.
 
Kakao maskası:
Yarım stəkan kakao
1 x.q süd kremi
1 ç.q  bal
 
İstəsəniz əlavə olaraq içinə yulaf unu, badam əzməsi, 1- 2 damcı badam, ya zeytun yağı əlavə edin.
Digər seçimisə şokoladı zeytun yağında qarışdırıb isitdikdən sonra istifadə edə bilərsiz. Şokolad maskasını sürtdükdən sonra 15 dəqiqə saxlayın və ilıq suyla yuyun.
 
Saf şokolad bir xəzinədir
Saf qara şokoladın tərkibində bol maqnezium, potasium, fosfor, E vitamini və polifenollar var.
100 qram qara şokoladda 400 mq potasium var. Gündəlik potasium ehtiyacımızın 500-300 mq olduğunu nəzərə alsaq, şokoladın xüsusən idmançılar üçün nə qədər dəyərli olduğunu qeyd etmək olar.
100 qr saf şokoladda 200 mcg maqnezium var.
 
Ağ şokolad tam bir şəkər və yağ zəhəridir. Qida dəyəri sıfıra bərabərdir və tərkibində heç kakao yoxdur. Bəzi qarışıq şokoladların tərkibində xolesterolu yüksəldən və damar sərtliyinə yol açan yağlardan istifadə edilir.
Çox şokolad zərərli ola bilər. Ürəyiniz istədiyində 2-3 parça yeyə bilərsiz. İlk əvvəl qoxulayın və ağzınızda əridərək ləzzətlə yeyin.
(səs: 1)
Şərhlər: 12
Baxılıb: 3 905
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri