Keyt Winsletin gözəllik sirləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 3 936
Səs ver:
(səs: 3)
İlk filmi üçün kamera qarşısına keçərkən hələ 17 yaşında olan Keyt Winslet gözəllik sirlərindən danışıb.
"Mənim fikrimcə, gözəllik insanın içindən gəlməlidir, qüsursuz gözəllik yoxdur” deyən aktrisa gözəl görünmək üçün görün, hansı qaydalara əməl edir.

Aktrisa əvvəllər tez-tez makiyaj xətaları etdiyini qəbul edir: "Əvvəllər yanlış məhsullardan istifadə etmişəm. Qızılı rəngli göz kölgələri, çox tünd rəngdə olan dodaq qələmləri və qara layner kimi kosmetik məhsullardan çox istifadə edirdim. Halbuki bunlar mənim dəri rəngimə və üz quruluşuma yaraşmırdılar.
Makiyaj etməyi çox gec öyrənmişəm. İlk vaxtlar əlimdə nə varsa, hamısnı üzümə çəkirdim.

İndi isə çox özəl dəvətlər istisna olmaqla makiyaj etməməyə çalışıram. Bəzən gecə harasa gedəndə də daha təbii görünən tonal krem çəkirəm, tuşdan və ənlikdən istifadə edirəm”.
Cazibədar aktrisa hazırkı möhtəşəm görüntüsünə doğru makiyaj fırçaları sayəsində qovuşduğunu etiraf edir:
"Gözəl makiyaj üçün mükəmməl makiyaj fırçalarından istifadə etmək əsas şərtdir. Fırça seçimi çox önəmlidir".
Aktrisa üz dərisinin gözəlliyini qorumaq üçün yatmadan öncə mütləq makiyajını təmizlədiyini vurğulayır: "Nə qədər yorğun olsam da mütləq makiyajımı təmizləyirəm”.
Keyt ətirdən istifadə etməyi xoşlamır. O, sadəcə çox xüsusi günlərdə ətir vurduğunu deyir:
"Ətiri çox özəl günlərdə vururam. Məsələn, həyat yoldaşımla romantik bir restoranda yemək yeməyə gedəndə ətir vururam. Ətirdən çox istifdə edilməsinə qarşıyam. Məncə, bir insanın qoxusunu ancaq onunla salamlaşarkən və vidalaşarkən hiss etməlisən”.
(səs: 3)
Şərhlər: 7
Baxılıb: 3 936
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri