Dişləri bəyaz göstərən pomadalar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 13
Baxılıb: 5 073
Səs ver:
(səs: 4)
1. Açıq rəngli pomadalar üzə yumşaqlıq və təbii bir görünüş qazandırar. Eyni zamanda, dişlərin olduğundan daha ağ görünmələrinə də köməkçi olar. Açıq rəng pomadalar daha təbii göründüyü və daha az diqqət çəkdiyi üçün, dodaqları arxa planda qoyaraq dişlərin ön plana çıxmasını təmin edər. Beləcə dişlər daha ağ görünməyə başlar.

2. Tropik bir rəng olan mərcan rəngi demək olar ki, bütün dəri rəngləri ilə uyğunlaşma təmin edir.Mərcan rəngli pomada istifadə edərkən daha marjinal bir görünüş əldə edə bilərsiniz. Ayrıca bu rəng pomadalar güldüyünüzdə dişlərinizdə var olan saf ağlığı da ortaya çıxaracaq. Canlı bir rəng olduğu üçün, üzünüzə də canlı bir ifadə qazandıracaq.

3. Tünd qırmızı rəngdə pomadalar, qadınları daha seksual və cazibədar göstərir. Bundan başqa, marağı dodaqlara çəkərək dişlərin inci kimi görünməsinə kömək edir. Dodaqları dolğun göstərən tünd qırmızı pomada, dəriyə də işıltı qazandırır.

4. Bu rəng pomadalar ümumiyyətlə az istifadə olunur. Lakin istifadə isə dişlərinizi eynilə bir inci dənəsi kimi görünməsinə kömək edir. Təbii bir görünüş təqdim edən meşə qırmızısı rəngdəki pomadaların mat tonları dişləri ağ göstərməkdə birə-birdir.

5. Çəhrayı, qadınların favorit rənglərindən biridir. Bu rəngdəki dodaq boyaları da ən çox seçilən pomada rəngləri arasındadır. Şəffaf çəhrayı pomada, dodaqlara parlaqlıq verərək, daha qadına xas və daha ağ bir gülüş zövqü yaşamanızı təmin edəcək.
(səs: 4)
Şərhlər: 13
Baxılıb: 5 073
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri