Gənc qalmaq üçün 7 məhsul

Müəllif: Fialka
Şərhlər: 3
Baxılıb: 2 740
Səs ver:
(səs: 2)
Payız gəlibsə, deməli, təbii vitamin qəbulunu artırmağın vaxtıdır. Gənclik hormonu adlanan estrogen qadın gözəlliyinin başlıca mənbəyidir. Məhz bu sehrli hormon orqanizmdə dərinin elastikliyini təmin edir. Amma yaşlandıqca estrogen istehsalı səviyyəsi aşağı düşür. Onu artırmaq üçün qidalanma rasionuna dərinin qocalma prosesini ləngidən məhsullar daxil etmək lazımdır.

Avokado
Bu tropik meyvə öz müalicəvi əhəmiyyətinə görə tanınır. Avokado yağının tərkibi zeytun yağı ilə oxşardır, amma bu meyvənin konsistensiyası daha qatıdır. O, hüceyrələri sərbəst radikallardan qoruyaraq dərini daxildən nəmləndirir. Bundan başqa, bu meyvəni mütəmadi istifadə edənlərdə xolesterin problemi olmur.

Sarıkök
Sarıkökün ağlasığmaz faydaları çoxdan məlumdur. Məsələn, sarıkök əsl cavanlıq cövhəridir. Acı və ağız büzüşdürücü dadına baxmayaraq, o, istisnasız olaraq hamı üçün faydalıdır. Sarıkök sellülitin də bir nömrəli düşməlidir. Bu ədviyyat üz çapıqlarını aradan qaldıran, gənclik və gözəlliyi qoruyub saxlayan ən yaxşı vasitələrdən biri sayılır. Sarıkök şirniyyat həvəskarları üçün də əsl tapıntıdır. Şirniyyat istəyini azaldan ədviyyat artıq çəki problemini də həll etmiş olur. Bundan başqa, sarıkök maskaları olduqca effektlidir: o, məsamələri təmizləyir, dərini hamar edir və cavanlaşdırır.

Yaşıl meyvə-tərəvəzlərin püre və suları
Yaşıl meyvə və tərəvəzlərdən hazırlanmış sular nəinki gün ərzində sizə yüksək enerji bəxş edəcək, həm də bədəni gəncliyin əsas mənbələri və enerjisi olan antioksidantlarla təmin edəcək. Lakin unutmaq lazım deyil ki, hər mövsümün öz tərəvəzi var: Yay aylarında ispanaq, alma və xiyar, qışda isə kivi, nanə, razyana yeməyə çalışın.

Qızıl balıq
Qızıl balıqda bir çox bahalı krem, zərdab və serumların tərkibində istifadə olunan təbii Omeqa-3 yağları var. Balıqda olan qiymətli yağlar dəriyə liftinq təsiri göstərir, onun elastikliyini qoruyur. Bundan başqa, Omeqa-3 yağları ürək-damar sisteminin sağlamlığını təmin edir.

Zeytun yağı
Quru dəri qocalmaya daha çox meyillidir. Zeytun isə dərini təbii şəkildə nəmləndirən faydalı məhsullardan biridir. Zeytun yağı tərkibindəki faydalı yağ turşuları sayəsində dəri hüceyrələrini təbii şəkildə regenerasiya edir. Digər yağlardan fərqli olaraq, zeytun yağında faydalı elementlər 3 dəfə çoxdur. Yeri gəlmişkən, dünya şöhrətli aktrisa Sofi Loren də zeytun yağına olan sevgisi ilə tanınır və onu özünün gözəllik sirri adlandırır.

Yaşıl çay
Yaşıl çay antioksidantların miqdarına görə liderdir. Gündəlik norma 2 fincandan artıq olmamalıdır. Bundan əlavə, soyuq yaşıl çay kompresi göz altında olan torbaları aradan qaldırmaq üçün effektli vasitədir.
 
Kivi
Dərinin cavanlığı uğrunda mübarizədə ən təsirli meyvə kividir. Kivinin tərkibində yüksək miqdarda antioksidantlar və E və C vitaminləri var. Bu xüsusiyyəti sayəsində kivi hüceyrələri sərbəst radikallardan müdafiə edir. Üstəlik, kivi az kalorilidir və kökəlmə riski yoxdur. Ona görə də ondan gəncliyini qorumaq üçün istədiyiniz qədər yeyə bilərsiniz.
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 2 740
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri