Victoria Beckhamın gözəllik sirri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 763
Səs ver:
(səs: 0)

http://imgs.su/tmp/2012-02-08/1328727081-435.jpg
Victoria Beckhamın gözəllik sirri

4 uşaq anası olmasına baxmayaraq bədəninin gümrahlığıyla gənc qızları qısqandıran Victoria Beckham, gözəllik sirlərini açıqladı.

4 uşaq anası olmasına baxmayaraq bədəninin gümrahlığıyla gənc qızları qısqandıran Victoria Beckham, gözəllik sirlərini açıqlayarkən həftədə 6 gün idman etdiyini və heç çörək yemədiyini bildirib.

Həftədə 6 gün idman!

Yaşıl meydanların ulduz futbolçusu David Beckhamın moda ikonu olan yoldaşı Victoria Beckham, manekenlərdən geri qalmayan formasını necə qoruduğunu Fransız Closer Jurnalına izah etdi.
Həftədə 6 gün idman etdiyini ifadə edən cazibədar ulduz, "Nizamlı olaraq idman edərək yalnız forma tutmuram. Sağlamlığımı da qorumuş oluram" - dedi.

Həftənin 6 günü küçədə 10 kilo metr qaçdığını bildirən Beckham, sözlərini "Həmçinin ağırlıq qaldırır və kardiyo edirəm" - deyərək davam etdirdi.

Çörək və düyü yemirəm!

Çox möhkəm bir diyet tətbiq etdiyini də sözlərinə əlavə edən 37 yaşlı Beckham, "Çörək, düyü və ağ unu ağzıma vurmuram. Qabıma ən çox yarısını dolduracaq qədər yemək qoymağa diqqət göstərərəm" - dedi.

Dərisinin gözəlliyinə diqqət göstərdiyini deyən gözəl ulduz, sözlərini belə davam etdirdi: "Yaz-qış üzümə günəşdən qoruyucu krem çəkərəm və günəş eynəyi taxaram. Həftədə 2 dəfə üz masajı etdirərəm."

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 763
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri