Bu ayaqqabılardan qadınların qarderobuda mütləq olmalıdır

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 5 587
Səs ver:
(səs: 2)
Ayaqqabı qadın qarderobunun ən önəmli aksesuarıdır. Elə bir qadın tapılmaz ki, onun qarderobunda bir neçə cüt fərqli ayaqqabı olmasın. 

İstənilən qadın hesab edir ki, ayaqqabı heç zaman artıq olmur. Amma təəssüf ki, dəbi izləmək imkanı hər kəsdə yoxdur. 

Qadınlar.biz   qadınlara həm dəbli, həm də gözəl görünmək üçün bu gün hər qarderobda olması gərəkən 10 ayaqqabı təqdim edir. Bu ayaqqabıları siz həm idman, həm də klassik üslubla uyğnlaşdıraraq cazibədar ola bilərsiniz. 

Düz ayaqqabı 
"Baletka" adlandırılan bu ayqqabılar rahat və praktiki olmaları ilə seçilir. Onları ətəklə, şalvarla, şortla, cinslə - hər şeylə uyğunlaşdırmaq mümkündü. 



Klassika 
Onlarsız olmaz. Kassik görünüşlü hündürqabanı olan qara ayaqqabılar ofis geyimlərinin ayrılmaz hissəsidir. Amma onları əyləncəyə, ziyafətədə geyinmək mümkündür. 



Kedlər 
İdman ayaqqabıları ancaq idman zalları üçün deyil. Klassik ipli və ya ipsiz kedləri istənilən yerə geyinmək olar. 



Qış çəkməsi 
Dabanı alçaq, boyu hündür olan qış çəkmələri yağışlı və nəmli havanın vazkeçilməzidir. Cinş şalvarları qorumaq üçün onun içinə qoya və ya donla geyinə bilərsiniz. Üst güyimini seçməklə stilinizi özünüz asanlıqla yaradırsınız. 



Botinka 
Neytral rəngli kovboy sayatğı botinkalarla gözəl eksprementlər aparmaq olar. Onu qarderobunuzdan əksik etməmək məsləhətdir. 



Romantik tangetka 
Əsl yay malıdır. Tangetka ayaqqabılar həm zərif, həm də rahatalıqları ilə seçilirlər. 



"Şpilka" 
Biz kiminsə diqqətini cəlb etmək istəyəndə köməyimizə heç şübhəsiz hündürdaban ayaqqabılar gəlir. 



Sandallar 
İsti havada uzun yürüyüşlər, rahat gəzinti üçün əla vasitədir. Yaxşı olarki, neytral rənglərində olanları seçəsiniz. Onları bir çox geyimlə asanlıqla kombinləmək olar. 



Ət rəngli ayaqqabı 
Dərinin rənginə yaxın toda olan ayaqqabılar vizual olaraq ayağın uzun görünməsinə səbəb olacaq. Onlar heç zaman dəbdən düşməyəcək. 



Klassik "oksfordlar" 
Son zamanların ən çox istifadə edilən kişi ayaqqabılarını xatırladan bu geyim həm eleqant, həm də səliqəli görünüşə zəmanət verir. Onları həm ofisə, həm də dostlarla əyləncəyə geyinmək olar. 
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 5 587
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri