Gözəlliyin yeni şərti: belinizin ölçüsünə uyğun geyinin!

Müəllif: Fialka
Şərhlər: 8
Baxılıb: 2 400
Səs ver:
(səs: 4)
Dəb mütəxəssisləri şıq görünmək istəyən xanımlara belinin ölçüsünü nəzərə almağı məsləhət görürlər.
 
Bunun üçün ilk növbədə qoltuğunuzun altı ilə beliniz arasındakı məsafəni ölçün. Sonra isə omba ilə bel arasındakı məsafəni müəyyənləşdirin. Belinizlə qoltuğunuza qədər ölçü daha qısadırsa, deməli, qısa belli, əksinə, belinizdən ombanıza qədərki məsafə qısadırsa, deməli, uzun bellisiniz.
 
İndi isə hansı geyimlərin  bel ölçünüzə uyğun olduğunu müəyyənləşdirək.
 
Qısa belli qadınlar üçün qaydalar
Üzərində paralel xətlər olan geyimlərə üstünlük verin. Kofta və köynəklərdə bu xətlər ensiz olmalıdır. Bədənə tam oturmayan, bol kəsimli koftalar geyinin. Kəmərdən istifadə etməyin. Kəmərdən istifadə etməli olduğunuz hallarda geyim ilə eyni rəngdə olan ensiz kəmər taxın.
 
Uzun belli qadınlar üçün qaydalar
Belə qadınlarda ayaqlar, olduğundan daha qısa görünür. Odur ki, beldən qabarıq libaslar seçin. Bədənə yapışan, beli vurğulayan köynəklər geyinin. Hündürbel şalvarlara üstünlük verin. Həddən artıq dar şalvar geyinməyin.
Qısa pencəklər sizə yaraşacaq. Stilinizi hündürdaban ayaqqabılarla tamamlayın.

(səs: 4)
Şərhlər: 8
Baxılıb: 2 400
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri