Gözətrafı dəri üçün effektli olan 8 krem

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 2 135
Səs ver:
(səs: 1)
Gözlər qəlbin aynasıdır və bu səbəbdən gözətrafı dəri üçün xüsusi qayğı göstərmək lazımdır. Bir neçə premium marka istehsalçıları bu sahədə şöhrət gətirəcək nəticələrə nail olublar: bəzi gözətrafı dəri kremləri həqiqətən də möcüzələr yaradır. Hansılar? Bizim buna olan yanaşmamızı oxuyun və öyrənin.

La Prairie Skin Caviar Luxe Eye Lift Cream
Bütün mümkün krem vasitələrindən ən dəbdəbəlisi - "La Prairie”-dən kürü ekstraktlı "Skin Caviar Luxe Eye Lift Cream” gözətrafı dəri kremidir. İsveçrə markası ən yüksək standardlı qulluq barəsində peşəkardır. Möcüzəvi vasitənin tərkibinə məşhur kürü ekstraktı və dəyərli qida maddələri kokteyli (qarabaşaq mumu, kollagen, buğda zülalları, yosun ekstraktları) daxildir. İstifadədən sonra həmin dəqiqə şahidi olacağınız nəticə: elastik, nəmli, enerjiyə yoluxmuş, qırışıqsız, şişkinliksiz, quruluqdan kiçik bir işarə belə qalmayan dəri. Yalnız gənclik, parlaqlıq və mükəmməl hamarlılıq.

CHANEL LE LIFT CONCENTRATE
Klassik janr əsəri - gözətrafı dəri üçün krem "Chanel Le Lift Concentrate”. Bu antiyaşlanma qulluğu dərinizin tarixi ilə uyğunlaşır və ona ən çox ehtiyacı olan effekti verir: möhkəmlik, qırışların düzəldilməsi, şişkinliklərin və ya tünd dairələrin aradan qaldırılması. Əsas formulu, digər "Le Lift” məhsullarında olduğu kimi, eksklüziv aktiv tərkibdir, hansı ki, gen səviyyəsində işləyir və dərinin elastikliyini artırır.

CLÉ DE PEAU BEAUTÉ
İntensiv hərəkət kremi - "Clé de Peau Beauté” platinum aplikatoru ilə yalnız gözətrafı həssas dəri üçün qayğı göstərmir, bu krem o şəxslərdən ötrü yaradılmışdır ki, dəriyə qulluğu nəfis rituala çevirir. Dəbdəbəli krem proseslərə zövq qatacaq, fəaliyyət üsulu, ortaya çıxardığı nəticə isə şübhə ilə yanaşanları da təəccübləndirəcək. Unikal kompleks nəm səviyyəsini stabilləşdirir və gözətrafı dərini işıqla doldurur. Qabaqcıl texnologiyalar hüceyrə səviyyəsində işləyirlər və dərini gənc və elastik edən həmin "parlayan hüceyrələri” təşkil edirlər.

SISLEY SUPREMŸA YEUX LANUIT
Kompleks gecə krem-serumu - antiyaşlanma effektli "Sisley Supremÿa Yeux LaNuit” 2013-cü ilin Avqust ayında çıxdı və dərhal hit oldu. "Supremÿa” - "Sisley”-in "chronobiology” və genetika sahəsində bütün son bilikləri özündə cəmləyən kompleks kremidir. Onun unikal tərkibi genetik proqramlaşdırılmış dəri yaşlanmasını gecikdirməyə imkan yaradır. Buna görə də onun müntəzəm istifadəsi yalnız dərini gəncləşdirmir, sözün əsl mənasında çevirir, yeniləyir.

SWISS LINE CELL SHOCK
Dəbdəbəli serum "Swiss Line Cell Shock” - xüsusi məhsuldur. İstifadə təsirini inyeksiya doldurucuları ilə müqayisə edəcəyik. İstifadə edən kimi möcüzə baş verəcək - dəri dərhal dartılır, qırışlar doldurulur, tünd dairələr gedir. Bu serumun istifadəsi, həmçinin, istənilən gözətrafı dəri kreminin antiyaşlanma təsirini artırır.

GUERLAIN ABEILLE ROYALE GOLD EYETECH
Guerlain Abeille Royale Gold Eyetech - bu, sadəcə qulluqdan daha artığıdır. Ən təbii halıyla əzəmət. Bu serum yüngül və təravətli toxumaya malikdir. Dərhal sorulur və ilk istifadədə dəriyə gənclik bəxş edir. Bütün bunlara səbəb əsası qara bal arısının balı olan məşhur formuldur. Həmçinin, tərkibə dərini gənc, zərif və məxmər edən şəkər və bitki ekstraktları kompleksi də daxildir.

Estée Lauder Re-Nutriv Ultimate Diamond Transformative Energy Eye Creme
"Re-Nutriv”-in gözətrafı dəri üçün seriyasından olan yeni kremi "Estée Lauder ” - bahalı ekstrakt olan qara trüfel və innovativ texnologiyaların birləşməsidir. "Re-Nutriv Ultimate Diamond Transformative Energy Eye Creme”-in dəyişdirmə, yeniləşdirmə, transformasiya fəaliyyəti ilk tətbiqindən başlayır: çəkisiz krem gözətrafı dərini dərindən qidalandırır, gücləndirir, aydınlaşdırır və formaya salır. Bu vasitə sözün tam mənasıyla dərini parlamağa məcbur edir, onu daha sıxlaşdırır və dərhal yorğunluğun əlamətlərini silir.

SHISEIDO SUPER CORRECTIVE EYE CREAM
"Shiseido”-dan gözətrafı üçün krem "Super Corrective Eye Cream” - dərini dartır, gözətrafını bərpa edir, qırışları və tünd dairələri təmizləyir. Krem sehirli, güclü antiyaşlanma effektilə dəriyə enerji və gəncliyini geri qaytarır. Bu vasitənin fəaliyyəti "Hialuron turşusu”-nun istehsalını artırır və onu dəridə tutur.
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 2 135
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri