Düzgün makiyaj təmizləmə yağları

Şərhlər: 4
Baxılıb: 2085
Səs ver:
(səs: 1)
Makiyaj edərkən bir xeyli səy sərf edirik, bəs eyni diqqəti dərimizi təmizləyərkən də göstərir bilirikmi?

Dəri tipinizə və istifadə vərdişlərinizə uyğun doğru makiyaj təmizləyicini tapmaq bir az zaman ala bilər. Amma çox təəssüf ki, hər şey doğru təmizləyicini tapmaqla da bitmir. Dərimiz olduqca həssas və incimələrə meyllidir. Bu səbəblə dəriyə qulluq məhsullarının məzmununun yanında istifadə şəkillərinə də mütləq diqqət göstərmək lazımdır.

Makiyajınızı təmizləmək üçün makiyaj təmizləmə pambıqlarından. ya da dəsmallarından köməkmı alırsınız? O halda bu kiçik köməkçiləri doğru istifadə etmədiyinizdən mütləq əmin olmalısınız! Və budur, makiyajınızı doğru bir şəkildə təmizləməyin yolları:

Düzgün makiyaj təmizləmə qaydaları
1-ci addım: Alnınızı təmizləməyə tam ortadan başlayın və əvvəl sola, sonra sağ tərəfə doğru davam edin. Təmizləyərkən, aşağı yuxarı sürüşdürərək alnınızın hamısını təmizlədiyinizdən əmin olun.

2-ci addım: Göz bölgəsinə gəldiyinizdə həssaslıq nisbətinizi iki qatına çıxarmalısınız. Tövsiyəmiz, göz makiyajınızı təmizləyərkən üzük barmağınızda kömək almağınızdır. Səbəbini maraqlananlar üçün dərhal açıqlayaq; üzük barmağınız digər barmaqlarınıza nisbətlə daha yumşaq bir toxunuş reallaşdıracaq. Çünki bu barmağın çap sıxlığı digərlərinə görə daha azdır. Barmağınıza doladığınız pambığı göz qapağınızın iç qismindən xarici qisminə doğru nəzakətlicə gəzdirin. Bu əməliyyatı makiyajınız tamamilə təmizlənənə qədər davam etdirin.

3-cü addım: Sıra üzünüzə gəldiyində barmaqlarınız daim yuxarı doğru hərəkət etsin. Yəni tətbiqi daim dairəvi hərəkətlər köməyiylə aşağıdan yuxarı doğru edin. Bu, dəri səthində çirk, bakteriya və yağlardan xilas olmağınıza kömək edəcək.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2085
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

    Qadın testləri