Gözəlləşmək
üçün istifadə olunan taxma kirpiklər göz infeksiyasından tutmuş
kirpiklərin tökülməsinə qədər bir çox problemlərə yol açır.
Mütəxəssislər
taxma kirpiklərin istifadəsi ilə bağlı xəbərdarlıq edir. Kirpiyə
yapışdırmaq üçün istifadə olunan yapışdırıcıların infeksiyalara səbəb
ola biləcəyi qeyd edilir.
Həmçinin takma kirpiklərdə yığılan çirk və bakteriyalar gözlərin sağlamlığı üçün təhlükə yaradır.
Gözə
ağırlıq etdiyi üçün təbii kirpiklərin incəlməsinə səbəb olan və hətta
tökülməsi ilə nəticələnə bilən bu gözəllik vasitəsinə qarşı olduqca
diqqətli olmaq tövsiyə olunur.